Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 11:00

'Qohum nikahlarından doğulan uşaqların 90 faizi xəstə, raxit və ya eybəcər olurlar'


►Komitə sədri: “Bunu yasaqlamaq insanların hüquqlarının pozulması deməkdir”

“Qohumların evlənməsindən dünyaya gələn uşaqların 90 faizi xəstə, raxit və ya eybəcər olurlar. Biz deputatlar da qohum nikahları pisləyirik. Amma bunu qanun çərçivəsinə salmaq kimi bir planımız yoxdur”.

Milli Məclisin ailə, qadın və uşaq məsələləri komitəsinin deputatı Ağacan Abıyev ANSPRESS-ə belə deyib.

Komitə sədri qohum nikahlarına hüquqi tənzimləmənin doğru olmadığını ifadə edib.

“Bu, insanların hüquqlarının pozulması deməkdir. Hər kəs öz düşündüyü kimi addım atır. Sadəcə, insanları maarifləndirmək lazımdır ki, qohumlarla qurduğunuz ailədən həm siz, həm də uşaqlarınız əziyyət çəkəcək. Bunun üçün televiziyada tez-tez bu yöndə verilişlər olsa, daha yaxşı olar", - deyə deputat vurğulayıb.

Qohum evliliyində ən çox rast gəlinən xəstəliklər əsasən, qan, ürək damar, şəkər, əqli zəiflik, fiziki çatışmazlıqla bağlı xəstəliklərdir.

Azərbaycanın əyalətlərində qohum nikahlarına daha çox rast gəlinir.

Buna da bax: Mağaza sahibi: "25 illik əziyyətimiz kül oldu"

DİNLƏ: Günün əsas hadisələri Azadlıq Radiosunda - 1 iyul

BAX: Günün əsas hadisələri Azadlıq Radiosunun TV proqramında - 1 iyul

11 nəfər 1 otaqda yatırıq - Qəzalı binanın sakinləri danışır

Günün bütün mövzuları

XS
SM
MD
LG