Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 02:14

Aksiyada adamları sayan App yaradıldı (Video)


►Bu App-ı kompyuterə götürüb hər hansı aksiyada iştirak edən insanların sayını əldə etmək olur.

Amerikada kompyuter mühəndislərinin yeni hazırladıqları application - App (Proqram əlavəsi) hər hansı kütləvi tədbirdə iştirak edən insanların sayını dəqiq müəyyənləşdirməyə imkan verir. Bununla da məsələn, Bakıda hər hansı etiraz aksiyasında 500 nəfər, yoxsa, 5 000 nəfərin iştirak etməsi barədə həmin aksiyanın təşkilatçıları ilə hakimiyyət təmsilçiləri arasında mübahisəyə asanlıqla son qoymaq olar.

Bu, Amerikadakı Komputer üzrə Təhqiqat Mərkəzinin yeni hazırladığı proqram sayəsində gerçəkləşir.

Buna da bax: Ramin Hacılı Azərbaycanı tərk edib

Arxiv fotosu: Bu cür fotolarda adamların sayını hesablayan App yaradılıb.

Arxiv fotosu: Bu cür fotolarda adamların sayını hesablayan App yaradılıb.

App-in işləmə mexanizmi isə sadə belədir: Onu komputerə yükləyirsən, sonra isə ona daxil edilən fotoda nə qədər insanın olduğunu sayıb istifadəçiyə bildirir.

Yeni - "İzdiham fotolarında fərdlərin sayılması" adlanan layihədə Mərkəzi Florida Universtitetinin professoru Mubarak Şah, həmin universitetin başqa bir əməkdaşı Harron İdrees, eləcə də Barselonadakı Pompeu Fabra Universitetinin professoru Albert Satorra işləyib.

Buna da bax: Azərbaycanda nazirlər nə yaşdadırlar

Albert Satorra AzadlıqRadiosuna deyib ki, bu proqramı özəlliklə, aksiyaların real iştirakçılarının çatdırılmasında mühümdür:

"Bu proqram vacibdir, çünki şişirtmə ehtimalını azaldır. Bu proqram izdiham içində fərdləri dəqiqlə saymağa imkan verir. Bizim məqsədimiz odur ki, təbliğatı obyektivlikdən ayıra bilək".

Albert Satorra düşünür ki, elə bu baxımdan yeni komputer proqramı media üçün səfərli ola bilər. Çünki bəzən hər bir tərəf özünə sərf edən məlumatı vermək istəyir. Medianın işi isə həqiqəti çatdırmaqdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG