Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 17:00

-

Məşhur ingilis küçə rəssamı Banksy Fransanın Calais şəhərindəki qaçqın düşərgəsinin divarına "Apple"-ın qurucusu Steve Jobs-un şəklini çəkib.
Şəkildə suriyalı miqrantın oğlu olan Jobs əlində Apple kompüterlərinin ilk modellərindən biri və kürəyində kisə daşıyır.

Banksy məqsədinin diqqəti miqrasiyanın yaxşı tərəflərinə yönəltmək olduğunu bildirib. Rəssam deyib ki, qaçqınlara qarşı çıxanlar Steve Jobs-un suriyalı miqrant olduğunu düşünsünlər.

Apple ildə 7 milyarddan da çox vergi ödəyirdi.
Steve Jobs 2011-ci ildə ölüb.

Divarına Jobsun şəkli çəkilən qaçqın düşərgəsində Suriya, Əfqanıstan və Eriteriyadan olan 7 mindən çox qaçqın və miqrant yaşayır.

Günün bütün mövzuları

XS
SM
MD
LG