Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 11:00

Azərbaycanlı alpinistlər Şimali Uşba zirvəsində


Andrey Qədimov (öndə) və Namiq Bünyadov

Andrey Qədimov (öndə) və Namiq Bünyadov

Firuz Dadaşovun rəhbərliyi ilə Azərbaycan alpinist komandasının (Respublika Alpnist-Turizm Klubu) Qafqazın ən mürəkkəb zirvələrindəni biri sayılan Uşbanı (4700 m.) fəth etdikləri bildirilir.

Turanın xəbərində bildirilir ki, alpinistlər zirvəyə avqustun 16-da çatıblar.

Xəbərdə yada salınır ki, F.Dadaşov gürcü alpinistlərlə birlikdə 2015-ci ildə Cənubi Uşbanı fəth etmişdi.

Bu dəfə, həm də tarixdə ilk dəfə Şimali Uşbanı Azərbaycan komandasının fəth etdiyi qeyd edilir.

Firuz Dadaşov

Firuz Dadaşov

“Zirvəyə qalxma avqustun 16-da səhər saat 4:00-da başlayıb. Zirvəyə saat 15:00-da çatdıq. Hava tez-tez dəyişirdi və hərəkət etmək çətinləşirdi. Hətta geri dönməyi düşünürdüm. Ancaq geri çəkilmədik və zirvəni fəth etdik. 3900 metrlikdədüşərgəyə artıq qaranlıqda endik”, - F.Dadaşov Turan-ın müxbirilə söhbətində bildirib.

Ondan başqa komandada Andrey Qədimov və Namin Bünyadov (“Gilavar”) olub.

“Bu marşrut klassik sayılsa da əslində çətin yoldur. Azərbaycanda alpinizmə mənfi münasibətə baxmayaraq, bu, bizim idmançıların yüksək nailiyyətidir”, - Azərbaycan alpinizminin veteranı, idman ustalığına namizəd Eldar Cəfərov Turan-a biıdirib.

Bu dağ Gürcüstan ərazisində yerləşir. Dağa yaxınlaşma, iqlimə uyğunlaşma və zirvəyə qalxma 7-10 gün davam edir.

Uşba zirvəsi 4700 metr yüksəklikdə yerləşir və Qafqazın əlyetməz zirvələrindən sayılır. Bu zirvəni fəth etməyə dünyanın hər yerindən alpinistlər gəlir və hər il burda ölüm halları baş verir.

Gürcüstanın daxili işlər nazirliyi bu il avqustun 7-də Qafqaz dağ silsiləsində Uşba zirvəsini fəth etmək istəyən dörd alpinistin ölüm xəbərini yaymışdı.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG