Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 21:31

Apellyasiya Şurasına şikayətlər elektronlaşdırılıb


Foto illüstrasiya
Foto illüstrasiya

Apellyasiya Şurası üzrə xidmətlər elektronlaşdırılıb.

APA-nın xəbərinə görə, bunu Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (RİTN) Məlumat Hesablama Mərkəzi həyata keçirib.

Xəbərdə qeyd edilir ki, Apellyasiya Şuralarına elektron şikayət qəbulu xidməti «Elektron hökumət» portalına inteqrasiya edilib.

Agentliyin xəbərində bildirilir ki, avqustun 12-də «Elektron hökumət» portalının operatoru – RİTN yeni elektron xidməti ictimaiyyətə təqdim edib.

Bu xidmət sahibkarlıq fəaliyyəti göstərən hüquqi və fiziki şəxslərin müraciətlərinin elektron şəkildə Azərbaycanın mərkəzi və icra hakimiyyəti orqanlarına operativ çatdırılmasını təmin etməlidir.

Bu sistemə Prezident yanında Apellyasiya Şurası da daxil olmaqla, 118 qurumun qoşulacağı bildirilir.

Prezident İlham Əliyev fevralın 3-də apellyasiya şuralarının yaradılması ilə bağlı fərmanı verib. Fərmanın ardınca bütün rəsmi qurumların tərkibində apelyasiya şuraları təsis edilib. Şuraların əsas məqsədi iş adamlarını məmurların özbaşınalıqlarından müdafiə etməkdir.

XS
SM
MD
LG