Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 21:47

►Ekspertin fikrincə, Apellyasiya Şuraları icra qurumlarına aid olmamalıdır

Prezident İlham Əliyev sahibkarların şikayətlərinə baxılması üçün apellyasiya şuralarının yaradılması barədə fərman verib. Şura üçpilləli olacaq: prezidentin nəzdində, mərkəzi və yerli icra hakimiyyətləri orqanları yanında.

Prezidentin 3 fevral tarixli fərmanında bildirilir ki, sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərin şikayətlərinə baxılması sahəsində şəffaflığın və obyektivliyin təmin edilməsi, bu sahədə şəxslərin hüquqlarının və qanunla qorunan maraqlarının müdafiəsi məqsədi ilə mərkəzi və yeri icra hakimiyyəti orqanlarında Apellyasiya Şuraları yaradılır.

Qurumun yaradılması zərurətdən doğsa da, onun təşkilat forması müstəqil fəaliyyətinə nə dərəcədə imkan verəcək?

Nazirdən şikayət varsa, onun müavininə ediləcək

Mərkəzi icra hakimiyyəti orqanlarında yaradılan Apellyasiya Şuraları haqqında Nümunəvi Əsasnaməyə görə, şuranın tərkibini (sədri və digər altı üzvü) mərkəzi icra hakimiyyəti orqanının rəhbəri müəyyənləşdirir. Apellyasiya Şurasının sədri mərkəzi icra hakimiyyəti orqanı rəhbərinin müavinlərindən biri olmalıdır. Belə çıxır ki, nazirdən şikayət onun müavininə çatdırılacaq. Eynən məşhur mahnıda deyilən kimi: “Sənə yar, səndən yar, şikayətim var”...

Yerli icra hakmiyyəti orqanlarında da eyni durum olacaq. Müvafiq əsasnamədə deyilir ki, şuranın tərkibini (sədri və digər altı üzvü) yerli icra hakimiyyəti orqanının rəhbəri təsdiqləyir. Apellyasiya Şurasının sədri yerli icra başçısının müavinlərindən biri olmalıdır.

“Gözləyirdim ki... alternativ bir qurum yaradılacaq”

Qalib Toğrul

Qalib Toğrul

İqtisadçı ekspert Qalib Toğrul özəl sektorla bağlı araşdırmalar aparır.

Onun sözlərinə görə, bu gün Azərbaycanda sahibkarların əziyyət çəkdikləri ən birinci problem məhz mərkəzi və yerli icra hakimiyyətlərinin rəhbər və nümayəndələrinin yaratdıqları inzibati baryerlər, korrupsiya, rüşvət, hədə-qorxu, qısnama fəaliyyətidir:

___________________________________________________________

Bunlara da bax:

___________________________________________________________

“Elə təəssürat yarandı ki, islahat elanından bəri, hakimiyyət ilk dəfə xəstəliyin düzgün diaqnozunu qoydu. Ancaq qurumun hüquqi əsaslarının formalaşdırılması ilə bağlı səndələrlə tanış olduqdan sonra çox təəssüfləndim. Gözləyirdim ki, icra strukturlarına aidiyyatı olmayan, alternativ bir qurum yaradılacaq və müstəqil fəaliyyətə təminat veriləcək”.

“Hər kəs Prezident Aparatına axışacaq...”

Qalib Toğrul mərkəzi və yerli icra qurumlarında başçı müavinlərinin yönəltdiyi bir təşkilatın səmərəli çalışacağına şübhə edir:

“Təyinatla formalaşmış bir qurum, elə tapşırıqla da fəaliyyət göstərəcək. İnanmıram ki, hansısa “ağılsız sahibkar” icra strukturunun rəhbərinə onun özündən şikayət etsin və “mənim səndən sənə şikayətim var,” - desin. Bu, onun mövcud biznesinin sonu ola bilər”.

Ekspertin fikrincə, Prezident yanında Apellyasiya Şurası yaradılandan sonra heç bir sahibkar daha aşağı pillələrdə formalaşdırılan şuralara üz tutmaz:

“Belə bir məhdudiyyət qoyulmasa ki əvvəl aşağı pillədəki struktura şikayət verməlisən, sonra lap sonuncuya, o zaman hər kəs prezident aparatına axışacaq. Çünki yerlərdə məmurların özəl sektora münasibəti hamıya məlumdur. Onlardan nəsə müsbət bir davranış gözləmək faydasızdır”.

“Məhkəmələrin müstəqilliyi təmin olunsaydı...”

Qalib Toğrul çoxpilləli sistemin yaradılmasını bütövlükdə gərəksiz sayır:

“Ölkədə məhkəmələrin müstəqilliyi və mülkiyyətin toxunulmazlığı təmin olunsaydı, digər əlavə qurumların yaradılmasına da ehtiyac qalmazdı. Bütün sivil ölkələrdə olduğu kimi, mübahisələr məhkəmə qaydasında həll oluna bilərdi. Söhbət mübahisələrin məhkəməyəqədərki həllindən gedirsə, bu o da deyil. Mübahisələrin məhkəməyəqədərki həlli yolları ilə bağlı dünyada xeyli müsbət təcrübə var. Ancaq o qurumlar təyinatla formalaşdırılmır və 3-cü - müstəqil bir tərəf olurlar. Təbii ki, mübahisə tərəflərinə, yaxından-uzaqdan, aidiyyatları da olmur. Bu da ədalətli yanaşmanı təmin edir. Ölkəmizdə münbit şərait olsaydı, müstəqil institutlar formalaşar və bu fəaliyyəti həyata keçirərdilər. Təəssüf ki, o da yoxdur”.

___________________________________________________________

Bunlara da bax:

___________________________________________________________

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG