Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 08:04

"Nə qədər ki məmurların biznesmenlik iddiası var, heç nə dəyişməyəcək"


►Antinhisar qanunu işləyəcəkmi?

“İndi kimin kapitalı var, bazarda qalacaq”.

Bunu inşaat materiallarının idxalı ilə məşğul olan sahibkar Bədrəddin Quliyev AzadlıqRadisouna deyir.

O, parlamentdə birinci oxunuşdan keçən “Antiinhisar fəaliyyəti haqqında" Qanuna dəyişiklikləri qiymətləndirir.

Sahibkarın sözlərinə görə, gömrük sistemində aparılan islahatlardan sonra bazarda inhisarçılıq aradan qalxıb:

“Əvvəlki kimi bazarda inhisarçı yoxdur. Kimin imkanı var, qanunun yol verdiyi istədiyi malı ölkəyə gətirir, elektron qaydada bəyannaməsini verir”.

​Bədrəddin Quliyev deyir ki, mayın 1-dən gömrük sistemi tamamilə elektron sistemə keçəndən sonra sahibkarlıq subyektlərində yeni mərhələ başlayacaq. O, gömrük sistemindəki islahatları “inqilabi dəyişiklik” adlandırır, əlavə edir ki, bazarda oturuşmuş oyunçuların arasına yeni oyunçu daxil olmasına imkan yaratmaq üçün ilk növbədə maliyyə-kredit sahəsini təkmilləşdirmək lazımdır.

Sahibkar hesab edir ki, bazarda rəqabəti gücləndirməkdən ötrü sahibkarlara və yeni biznesə başlayanlara bərabər imkanlar yaradılmalıdır: “İndiyə kimi qanuni hüquqlarımın müdafiəsi ilə bağlı çox qarşıdurmalarla üzləşmişəm. Sahibkarların qarşısında həmişə üzləşdikləri maneələr bu gün aradan qaldırılıb, ancaq bazarda indi tələbat azalıb, alıcılıq qüvvəsi düşüb”.

“Nə qədər ki, məmurlar həm də sahibkardırlar…”

İqtisadçı-sahibkar, keçmiş deputat Nazim Məmmədov isə belə düşünmür. Onun fikrincə, antiinhisarla bağlı nə qərar qəbul olunsa da, kağız üzərində qalacaq. Səbəbini ölkədə məmurların sahibkarlıq iddialarında görür:

“Monopolist şirkətlərin arxasında dövlət resurslarını əlində saxlayan bəzi vəzifəli şəxslər durur”.

Nazim Məmmədov öz təcrübəsindən misal çəkir, deyir ki, bir neçə il qabaq inhisarçı qurbanı olan zavodu ilə bağlı bu gün də döymədiyi qapı qalmasa da, hələ ortada müsbət nəticə yoxdur. Onun sözlərinə görə, yeni dəyişikliklər olmadan da, inhisarçılığın qarşısını almaq üçün qanunvericiliyin yetərli imkanları var, ancaq bunu reallığa tətbiq edəsi iradə yoxdur:

“Cinayət Məcəlləsinin 199-cu maddəsi 2000-ci ildən var, bu qədər inhisarçı faktlarına baxmayaraq, kiminsə cəzalandığını eşitməmişəm”.

“Cəzanın sərtləşməsinin təsiri olacaq”

Sahibkarlar Konfederasiyasının hüquqşünası Xəqan Məmmədzadə isə AzadlıqRadiosuna müsahibəsində qeyd edir ki, antiinhisarla bağlı cəzaların sərtləşməsi inhisara yol vermək istəyən sahibkarları çəkindirəcək:

“Antiinhisarla bağlı qanuna dəyişiklik edilməsinə ehtiyac vardı. Biz bu dəyişikliyi müsbət qiymətləndiririk. Konfederasiya olaraq, bazarda karter sövdələşməsinə (bir və ya bir neçə sahibkarın digərini bazardan uzaqlaşdırmaq üçün qiymətləri azaltmaq və ya yüksəltmək və ya s. hallarla bağlı könüllü sövdələşməyə getməsi -red.), digər inhisarçı hərəkətlərə qarşıyıq. Buna görə də sanksiyanın sərtləşməsini doğru hesab edirik”.

Xəqan Məmmədzadə deyir ki, qanunda bir maddəni dəyişdirməklə, ya cəzanı sərtləşdirməklə bazarda rəqabət mühiti formalaşdırmaq olmaz. Onun fikrincə, bu, tədricən gedəcək, ancaq cəzanın sərtləşdirilməsi inhisarçı meyllərin qarşısını ala bilər.

Cinayət Məcəlləsinin 199-cu maddəsində inhisarçılıq hərəkətləri və rəqabəti məhdudlaşdırmaya görə cəzanın 7 ildən 12 ilədək olması nəzərdə tutulur. Milli Məclisin rəsmi saytında yerləşdirilən Cinayət Məcəlləsində dəyişiklik edilməsi ilə bağlı qanun layihəsində göstərilir ki, bu cəzadan əlavə, əməlin ağırlığından asılı olaraq, 10 min manatdan 50 min manatadək və ya 50 min manatdan çox cərimə nəzərdə tutulur.

Hazırda qüvvədə olan qanunvericilik inhisarçılığa görə 100 manatdan 500 manata qədər cərimə, əməlin ağırlığından asılı olaraq, 1 il islah işlərinə cəlb olunma və ya 2 il həbs cəzası, ya da 3 ildən 6 ilədək müddətə azadlıqdan məhrumetmə nəzərdə tutur.

Buna da bax: Ermənistan tərəfi atəşkəsdən sonra

Ermənistan tərəfi atəşkəsdən sonra
Gözlə

No media source currently available

0:00 0:00:42 0:00

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG