Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 15:46

Terrorçuların maliyyə mənbələrini kəsəcəklər


Angela Merkel, Barack Obama və David Cameron

Angela Merkel, Barack Obama və David Cameron

Dünya liderləri 20-lər ölkələrinin Antaliyada keçirilən sammitində kəşfiyyat sahəsində imformasiya mübadiləsi eləmək, terrorçuların maliyyə mənbələrini kəsmək və Avropada sərhədlərin təhlükəsizliyini möhkəmləndirmək qərarına gəliblər.

Bunu noyabrın 16-da 2 günlük sammitin sonunda Almaniyanın kansleri Angela Merkel bəyan edib.
O qeyd edib ki, terrorçuluq problemi yalnız hərbi yolla həll edilə bilməz.

Rusiya prezidenti Vladimir Putin isə bildirib ki, İslam Dövləti qrupunun qaçaq neft yolu ilə gəlir əldə etməsini kəsmək lazımdır.

Böyük Britaniyanın baş naziri David Cameron isə Suriyadan qaçqın axını ilə bağlı yaranmış problemi həll eləmək üçün donor ölkələrin gələn ilin əvvəllərində Britaniyada konframsını keçirməyi təklif edib.

Cameron bundan əvvəl Rusiya prezidenti Vladimir Putinlə görüşüb.O görüşdən sonra Suriya münaqişəsində Qərblə Rusiya arasında hələ də böyük uçurum olduğunu bildirib, amma qeyd edib ki,tərəflərin kompramisə hazır olmasının əlamətləri görünür.

Günün bütün mövzuları

XS
SM
MD
LG