Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 00:46

ANS Teleradio Şurasının hesabının dondurulmasını istəyir


Vaxtilə Milli Televiziya və Radio Şurası (MTRŞ) ANS telekanalına «Abşeron» adlı serialın çəkilişinə ayırdığı 200 min manatın 160 minini köçürsə də, 40 mini qalıb.

Teleradio Şurası ANS-in «Abşeron» əvəzinə «Sevgi naminə» serialını təqdim etdiyini deyir, qalan pulu ödəməkdən imtina edir, həmçinin 160 min manatı geri tələb edir. Üstəlik, 8 min manat cərimə ödənilməsini istəyir.

ANS isə işi gördüyünü, öhdəliyi yerinə yetirdiyini əsas gətirərək, 40 min manatın ödənilməsi üçün 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edib.

Avqustun 11-də keçirilən məhkəmə iclasında hakim İlham Əhmədov məlumat verib ki, ANS ötən iclasda çıxarılmış qərardaddan şikayət verib. Söhbət Teleradio Şurasının bank hesabına həbs qoyulmasından ötrü ANS-in qaldırdığı vəsatətlə bağlı qərardaddan gedir. Məhkəmə ANS-in vəsatətini təmin etməyib. Həmin qərardan da şikayət verilib. Hələ şikayətə baxılmadığına görə İlham Əhmədov əsas iddia üzrə məhkəməni avqustun 16-na qədər təxirə salıb.

Qeyd edək ki, Teleradio Şurasının 160 mini geri tələb etməsi ilə əlaqədar da məhkəmə davam edir. Bu gün həmin işə Bakı Apellyasiya Məhkəməsində baxılacaq.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG