Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 20:22

Teleradio Şurası məhkəməyə müraciət etdi- [Yenilənir]


Vahid Mustafayev
Vahid Mustafayev

-

Milli Teleradio Şurası ANS-in lisenziyasının ləğvindən ötrü məhkəməyə müraciət edib.

Şura “ANS Müstəqil Yayım və Media” Şirkətinin 25 oktyabr 2013-cü il tarixli TR 099 saylı xüsusi razılığının (lisenziyanın) qüvvəsinə xitam verilməsi barədə iddia qaldırıb.

Bu haqda şuradan bildiriblər.

APA-nın xəbərinə görə, iddia baxılmaqdan ötrü Bakı Apellyasiya Məhkəməsinə təqdim edilib.

***

ANS telekanalinin fəaliyyətinin bir aylığa dayandırılması Azərbaycanda fəaliyyət göstərən diplomatik korpus nümayəndələrinin də diqqətindədir. Onlar bu gün telekanalın binası önünə gələrək, telekanal nümayəndələri ilə görüşüblər.

Turan Agentliyi xəbər verir ki, diplomatik korpus nümayəndələri arasında ABŞ-ın, Norveçin, Böyük Britaniyanın, Fransanın və digər ölkələrin Azərbaycandakı səfirliklərinin nümayəndələri olublar.

Onlar telekanal ətrafında yaranmış durumla bağlı bilgi almaq üçün şirkətin prezidenti Vahid Mustafayevlə görüşüblər. (ardı aşağıda)

MTRŞ dünən ANS Müstəqil Yayım və Media Şirkətinin yayımının iyulun 18-i saat 18:30-dan etibarən 1 ay müddətinə dayandırılması barədə qərar qəbul edib.

Qərarın Türkiyə ilə Azərbaycan arasında strateji tərəfdaşlıq münasibətlərinin pozulmasına yönəlmiş təxribatın qarşısını almaq, açıq şəkildə terrorizmin təbliğatına yol verməmək məqsədilə qəbul edildiyi açıqlanır.

Bu gün “ANS” Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayev və bu qurumun baş direktoru Mirşahin Ağayevin prokurorluqda izahat verdiyi bildirilir. Onlar Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində izahat veriblər və daha sonra sərbəst buraxılıblar.

Bü gün həmçinin, Milli Teleradio Şurası ANS ÇM radiosuna verilmiş xüsusi razılığın (lisenziyanın) qüvvəsinə xitam verilməsi barədə qərar da qəbul edib.

Milli Televiziya və Radio Şurası (MTRŞ) ANS Müstəqil Yayım və Media Şirkətinin yayımının iyulun 18-i saat 18:30-dan etibarən 1 ay müddətinə dayandırılması barədə qərar qəbul edib.

MTRŞ saytında verilən məlumata görə, bu barədə qurumun dünən keçirilən toplantısında qərar verilib.

Qərarın Türkiyə ilə Azərbaycan arasında strateji tərəfdaşlıq münasibətlərinin pozulmasına yönəlmiş təxribatın qarşısını almaq, açıq şəkildə terrorizmin təbliğatına yol verməmək məqsədilə qəbul edildiyi açıqlanır.

Buna da bax: ANS ÇM də bağlanır

ANS RƏHBƏRLİYİ PROKURORLUQDA

«ANS» Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayev və bu qurumun baş direktoru Mirşahin Ağayevdən izahat alındığı bildirilir.

APA-nın xəbərinə görə, onlar Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində izahat veriblər və daha sonra sərbəst buraxılıblar.

Ötən gün axşam saatlarında Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və hüquq-mühafizə orqanlarının əməkdaşlarının iştirakı ilə televiziya möhürlənib.

İşçilər televiziya binasına buraxılmır. Binada polis postu qoyulub.

Məsələ ilə bağlı Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov bildirib ki, bu barədə ictimaiyyətə məlumat veriləcək.

ANS-in yayımı dayanır (VİDEO)

ANS televiziyası bağlanır (VİDEO)
Gözlə

No media source currently available

0:00 0:00:44 0:00

Dünən Milli Televiziya və Yayım Şurası (MTRŞ) açıqlama yayaraq ANS televiziyasını Türkiyə ilə Azərbaycanın strateji tərəfdaşlığına zərbə vurmaqda və terrorçu qüvvələrə dəstək verməkdə günahlandırmışdı. Televiziyaya hazırda ABŞ-da yaşayan və Türkiyədə hakim dairələrinin bu ölkədə dövlət çevrilişində ittiham etdiyi nurçu lider Fethullah Gülen-lə müsahibədə günahlandırılırdı.

Şura bildirirdi ki, bu məsələ ilə bağlı ANS televiziyası məhkəməyə veriləcək. Hazırda MTRŞ-da bu məsələlərlə bağlı iclas keçirildiyi bildirilir.
ANS rəhbərliyi isə, hələlik, ittihamları şərh etməyib.

XS
SM
MD
LG