Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 03:23

'ANS qapadılmalıdır' - Nuşirəvan Məhərrəmli


Bakı sakinləri ANS TV-nin bağlanması barədə
Gözlə

No media source currently available

0:00 0:01:23 0:00

Bakı sakinləri ANS TV-nin bağlanması barədə

Milli Teleradio Şurası (MTRŞ) ANS telekanalının yayımının dayandırılması iddiası ilə bağlı sənədləri məhkəməyə təqdim edib.

«Turan»ın xəbərinə görə, MTRŞ rəhbəri Nuşirəvan Məhərrəmli belə deyib.

N.Məhərrəmlinin bildirməsinə görə, MTRŞ öz səlahiyyətləri çərçivəsində hərəkət edir, telekanalın bağlanması da qanuna tamamilə uyğundur.

«Televiziya və ya radio qurumu bir il ərzində üç dəfə məsuliyyət tədbirlərinə məruz qalırsa, MTRŞ-nin onun bağlanması haqqında təşəbbüs irəli sürmək hüququ var».

Sədr bildirib ki, hazırkı vəziyyətdə MTRŞ öz hüququndan istifadə edərək, ANS-in yayımını dayandırıb.

Bundan başqa, N.Məhərrəmli qeyd edib ki, ANS məhkəmələrin qanunvericiliyin pozulmasına görə ona kəsdiyi 161 min manat cəriməni ödəmir.

Buna da bax - Mirşahin Ağayev: "İlham Əliyevdən xahiş edirik ki..."

İyulun 18-də Türkiyə hakimiyyətinin «terrorçu» elan etdiyi, Amerikada yaşayan nurçu lider Fethullah Gülen-dən müsahibə götürülməsi və bunun anons edilməsi səbəb göstərilərək ANS-in yayımı dayandırılıb. MTRŞ ANS-i «terrorizmin təbliğində» ittiham edir.

Növbəti gün MTRŞ bildirib ki, telekanalın lisenziyasının ləğv edilməsindən ötrü məhkəməyə müraciət edəcək.

ANS-in baş redaktoru Mirşahin Ağayev isə bildirmişdi ki, onların əməkdaşı F.Gülen-dən müsahibə götürməyib, onun mətbuat konfransında iştirak edib. Üstəlik, F.Gülen-in fikirləri də anons edilməyib.

Telekanalın baş redaktoru müəyyən səhvlərini etiraf və ölkə rəhbərliyindən 22 iyul Milli Mətbuat Gününə qədər yayımı bərpa etməyi xahiş etsə də, bu, baş verməyib.

XS
SM
MD
LG