Keçid linkləri

2016, 25 Sentyabr, bazar, Bakı vaxtı 23:04

ANS-in şikayətinə inzibati məhkəmə baxacaq


Bakı Apellyasiya Məhkəməsi ANS Müstəqil Yayım və Media Şirkətinin Milli Televiziya və Radio Şurasından ( MTRŞ) şikayətini 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə göndərib.

Telekanal yayımının bir aylığa dayandırılması barədə dövlət qurumunun qərarını qanunsuz hesab edir.

APA-nın xəbərinə görə, şikayətə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi baxacaq. Məhkəmə baxışının vaxtı, hələ, bəlli deyil.

Milli Televiziya və Radio Şurası iyulun 18-də qəbul etdiyi inzibati aktla ANS-in fəaliyyətinin 1 aylığa dayandırılmasına qərar vermişdi. Telekanal həmin qərardan şikayət verib.

İyulun 29-da Bakı Apellyasiya Məhkəməsi ANS Müstəqil Yayım və Media Şirkətinə 2013-cü il oktyabrın 25-də verilmiş lisenziyanı ləğv edib.

Məhkəməyə MTRŞ müraciət etmişdi. Şuranın ərizəsində göstərilirdi ki, iyulun 15-də Türkiyədə dövlət çevrilişi cəhdindən sonra ANS-in efirində terrorizmə dəstək xarakterli materiallar yayımlanıb. Telekanalın ABŞ-dakı müxbiri ilahiyyatçı Fethullah Gülen-dən müsahibə alıb və həmin müsahibə xarici KİV-lər vasitəsilə anons olunub.

Bununla əlaqədar Baş Prokurorluqdan Teleradio Şurasına məktub daxil olmuşdu. Məktubda qeyd olunurdu ki, ANS telekanalı terrorizmin təbliğinə yol verir, milli, dini ədavəti qızışdıran materiallar yayımlayır. Buna görə də ANS-in yayımının dayandırılması istənilirdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG