Keçid linkləri

2016, 27 Sentyabr, çərşənbə axşamı, Bakı vaxtı 14:24

-

Milli Televiziya və Radio Şurası ANS ÇM radiosuna verilmiş xüsusi razılığın (lisenziyanın) qüvvəsinə xitam verilməsi barədə qərar qəbul edib.

Bu barədə şuranın dünən keçirlən toplantısında qərar verilib. Qərarı şurasının sədri Nuşirəvan Məhərrəmli APA-ya belə əsaslarındırıb.

“ANS ÇM radiosunun yayımı zamanı bir neçə dəfə qanunvericiliyin tələbləri pozulub. Qanunda da göstərilib ki, əgər 3 dəfə məsuliyyət tədbiri tətbiq olunursa, Şura onun yayımını dayandıra bilər”, MTRŞ sədri deyib.

O, bildirib ki, Şura “ANS Müstəqil Yayım və Media” Şirkətinə verilmiş xüsusi razılığın (lisenziyanın) qüvvəsinə xitam verilməsini də istəyir. Bu barədə məhkəməyə müraciət olunacaq.

MTRŞ dünən ANS Müstəqil Yayım və Media Şirkətinin yayımının iyulun 18-i saat 18:30-dan etibarən 1 ay müddətinə dayandırılması barədə qərar qəbul edib.

Qərarın Türkiyə ilə Azərbaycan arasında strateji tərəfdaşlıq münasibətlərinin pozulmasına yönəlmiş təxribatın qarşısını almaq, açıq şəkildə terrorizmin təbliğatına yol verməmək məqsədilə qəbul edildiyi açıqlanır.

Bu gün “ANS” Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayev və bu qurumun baş direktoru Mirşahin Ağayevin prokurorluqda izahat verdiyi bildirilir. Onlar Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində izahat veriblər və daha sonra sərbəst buraxılıblar.

Ötən gün axşam saatlarında Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və hüquq-mühafizə orqanlarının əməkdaşlarının iştirakı ilə televiziya möhürlənib.

İşçilər televiziya binasına buraxılmırlar. Binada polis postu qoyulub.

Məsələ ilə bağlı ANS rəhbərliyindən, hələlik , şərh almaq mümkün olmayıb.

ANS televiziyası bağlanır (VİDEO)

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG