Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 18:10

Hakerlər Türkiyəyə İŞİD-ə görə hücum etdiklərini deyirlər


Anonymous qrupunun ənənəvi maskalı nümayəndəsi
Anonymous qrupunun ənənəvi maskalı nümayəndəsi

“Anonymous” beynəlxalq hakerlər qrupu bəyan edib ki, Erdoğan İŞİD-i dəstəkləməkdə davam edərsə, yeni kiberhücumlara hazır olmalıdır.

Beynəlxalq aləmdə “Anonymous” kimi tanınan hakerlər qrupu yaydığı videoda xəbərdarlıq edib ki, Ankara İslam Dövləti adlanan təşkilata dəstək verdikcə, onun üzərinə çoxsaylı haker zərbələri endiriləcək.

Ötən həftə ərzində Türkiyənin internet serverlərlərinə kütləvi kiberhücum həyata keçirilib.

Türkiyədə interneti nizamlayanlan rəsmi qurum bəyan edib ki, ötən həftə serverlərə edilən kiberhücumlar ölkə tarixində misilsiz adlandırıla bilər.

Ankara Moskvadan şübhələnir

İnternet ekspertləri isə deyirlər ki, dekabrın 14-dən 21-dək Türkiyə serverlərinə edilən hücumun arxasında kimin dayandığı hələlik bilinmir.

Ekspertlər deyirlər ki, hücumun miqyası və belə uzun müddətdə davam etməsi əvvəllər görünməmniş hadisə sayıla bilər

Lakin qeyri-hökumət Nic.tr təşkilatı bildirib ki, hökumətin, nazirliklərin, hərbiyyə və ticarətin istifadə etdiyi “.tr” ünvanlı domenlərə “xaricdəki mütəşəkkil mənbədən hücum” edilib.

Xəbər verilir ki, bu hücum nəticəsində 400 minədək sayt internetdən çıxıb və hücumun qarşısıyalnız Türkiyə .tr domeninə gələn xarici trafiki dayandırdıqdan sonra alınıb.

Türkiyə media qurumları güman edirdilər ki, ölkə internetinə Rusiyadakı mənbədən hücum olub.

Onlar bunu Su-24 təyyarəsinin vurulmasından sonra Moskva-Ankara münasibətlərinin gərginləşməsi ilıə əlaqələndirirdilər.

Lakin kiberhücumdan sonra “Anonymous” internetə göndərdiyi videomüraciətlə məsuliyyəti öz üzərinə götürüb.

Hazırda internetdən silinmiş həmin videoda belə bir bəyanat səsləndirilirdi: “Çoxlarınızın bildiyi kimi Türkiyə İŞİD-dən neft almaqla və onun döyüşçülərini öz xəstəxanalarında müalicə etməklə bu təşkilata dəstək verir. Biz Türkiyə lideri Erdoğanın İŞİD-i dəstəkləməsini bundan sonra qəbul edə bilmərik...”

Belə hücum əvvəllər olmayıb

Daha sonra videodakı səs İŞİD-ə bu iddia edilən dəstək dayandırılmazsa, ölkə hökumətinin və banklarının saytlarına hücumların davam etdiriləcəyi ilə hədələyirdi.

“Bu divanəliyi dayandır, Türkiyə. Sənin taleyin öz əlindədir” – deyilirdi bəyanatda.

Bu divanəliyi dayandır, Türkiyə. Sənin taleyin öz əlindədir

Bu da bəllidir ki, Türkiyə və onun prezidenti İŞİD-i dəstəkləməkdə həm də Rusiya prezidenti Putin tərəfindən ittiham edilirdi.

Hücum internet trafikinin pozulması və ya DDoS xidmətinin (Distributed Denial of Service) vurlması ilə həyata keçirilmişdi.

Belə hücumlar zamanı hədəf kompütrelərdə internetin sürəti son dərəcə yavaşıyır.

Buna baxmayaraq, bir sıra beynəlxalq internet ekspertləri deyirlər ki, hücumun miqyası və belə uzun müddətdə davam etməsi əvvəllər görünməmniş hadisə sayıla bilər.

Onlar deyirlər ki, hücum mənbəyinin müəyyənləşdirilməsi üçün kifayət qədər informasiya yoxdur.

Bundan əvvəl özünü Suriya Elektron Ordusu adlandıran hakerlər qrupu da Türkiyənin hökumət saytlarına hücum etmişdi.

Bu qrupun Suriya prezidenti Bashar al-Assada tərəfdar hakerlərdən ibarət olduğu söylənir.

XS
SM
MD
LG