Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:03

«Anonymous» bu dəfə Yunanıstanı hədəf seçib


Anonymous
Anonymous

-

Bir müddət öncə Türkiyəyə aramsız kiberhücumlarıyla diqqət çəkən «Anonymous» bu dəfə Yunanıstanı hədəf seçib.

İqtisadi böhrandan çıxmağa çalışan Yunanıstana bir zərbə də haker hücumlarından gəlib.

«Anonymous» ölkənin Mərkəzi Bankının saytına «DDOS» tipli (çox sayda qaynaqdan eyni hədəfə) kiberhücumlar edir. Bankın saytı saatlarla açılmır.

Haker qrupu #OpIcarus adı ilə əməliyyatı hələ martda başlatmışdı. «Anonymous» bu əməliyyatla Yunanıstanın kapitalizmin xeyrinə çalışdığını bildirir və bu cür fəaliyyəti dayandırmağa çağırır.

Qrup bildirir ki, hökumət bu xəbərdarlığa məhəl qoymayınca hücumlar sürəcək.

XS
SM
MD
LG