Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 03:20

Qarabağ məsələsi AŞPA-da müzakirəyə çıxarıla bilər


Avropa Şurası Parlament Assambleyasının prezidenti Anne Brasseur

Avropa Şurası Parlament Assambleyasının prezidenti Anne Brasseur

►"Bu məsələnin həllinə hərtərəfli yanaşmaq lazımdır"

"Ermənistan və Azərbaycan bizimtəşkilatın üzvləridir. Biz münaqişənin həllini tapmalıyıq," - deyə yanvarın 25-də qurumun parlament assambleyasının sədri Anne Brasseur özünün bu vəzifədə sonuncu brifinqi zamanı bildirib.

AŞPA-nın plenar iclasında "Dağlıq Qarabağ və Azərbaycanın digər işğal olunmuş ərazilərində zorakılığın artması" barədə qətnamə layihəsinin yanvarın 26-da müzakirə oluna bilinəcəyinə toxunan Brasseur deyib ki, Assambleyanın bir çox deputatları bu hesabatı AŞPA-nın siyasət və demokratiya məsələləri komitəsinə qaytarmaq istədiklərini bəyan ediblər. Amma o, bununla belə məsələnin müzakirəyə çıxarılacağını istisna etməyib.

Buna da bax: Taxta bazarı devalvasiyadan sonra

Brasseur qeyd edib ki, o, bu məsələ ilə bağlı öz mövqeyini əvvəlcədən bildirmək istəmir.

"İnsanlar sülh və anlaşma şəraitində yaşamalıdırlar. Biz bu münaqişəni həll etmək üçün hər şeyi etməliyik. ...Sadəcə olaraq bu məsələnin həllinə hərtərəfli yanaşmaq lazımdır. Çünki bu münaqişənin nəticəsində ən çox regionda yaşayan insanlar əziyyət çəkir. Onlar Avropa Şurasının üzvü olan dövlətlərin vətəndaşlarıdır, biz onları müdafiə etməliyik..."

Ermənistan tərəfi qətnamə layihəsinə etiraz edir, xüsusən də "Dağlıq Qarabağın" işğal etmiş ərazi kimi göstərilməsinə.

Bildirilir ki, AŞPA-ya yeni sədr seçilib. Bu, Avropa Xalq Partiyası fraksiyasının rəhbəri, ispaniyalı deputat Pedro Aqramuntdur.

Günün bütün mövzuları

XS
SM
MD
LG