Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 23:13

Türkiyə Avstriyadakı səfirini geri çağırıb


Kürdlər Vyanada bir neçə anti-Türkiyə nümayişi keçiriblər
Kürdlər Vyanada bir neçə anti-Türkiyə nümayişi keçiriblər

Anadolu agentliyinin verdiyi xəbərə görə, Türkiyə iki ölkə arasında gərginliyin son dərəcə artdığı bir şəraitdə Avstriyadakı səfirini geri çağırıb.

Türkiyənin xarici işlər naziri Mevlüt Cavuşoğlu keçirdiyi mətbuat konfransında Avstriyanı “irqçiliyin və islamofobiyanın mərkəzi” adlandırıb.

O həmçinin Vyananı kürd terrorçu qruplaşmalarını dəstəkləməkdə ittiham edib və bildirib ki, Ankara Avstriya ilə münasibətlərinə “yenidən baxmalı” olacaq.

Vyana hava limanında Türkiyəni qəzəbləndirən xəbər lenti
Vyana hava limanında Türkiyəni qəzəbləndirən xəbər lenti

“Təəssüf ki, bizim ikitərəfli münasibət və əməkdaşlığımızın normal davam etdirilməsi üçün təməl yox olub” – deyib Çavuşoğlu.

Eyni zamanda Avstriyanın Ankaradakı səfiri Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb.

Qərb mediası yazır ki, Vyana və Ankara arasında münasibətlər Türkiyədə baş vermiş 15 iyul çevriliş cəhdindən bəri qarşılıqlı söz müharibəsi ilə pisləşməkldə davam edir.

Kürdlərə olar, türklərə yox

Çevriliş cəhdinin dərhal ardınca Avstriya rəsmiləri Türkiyədə demokratiyanın vəziyyətini və kütləvi repressiyaları tənqid ediblər.

Avstriya hökuməti hətta Türkiyə ilə Avropa İttifaqı arasında aparılan üzvlük danışqılarının dayandırılmasına çağırıblar.

Ankara bu kimi bəyanatları ölkənin seçilmiş hökumətinin dəstəklənməməsi kimi qiymətləndirilir.

Çavuşoğlu deyib ki, Avstriya Türkiyədə çevriliş cəhdindən sonra qanuni hökuməti dəstəkləməkdənsə, bunun tam əksini edib.

Mevlüt Çavuşoğlu: Təəssüf ki, bizim ikitərəfli münasibət və əməkdaşlığımızın normal davam etdirilməsi üçün təməl yox olub

Türkiyə xarici işlər naziri həmçinin Avstriyada yaşayan türklərin Erdoğana dəstək mitinqlərinin qadağan olunmasını və bu zaman kürdyönlü nümayişlərin keçirilməsinə icazə verilməsini pisləyib.

Avstriya mətbuatının xəbərlərinə görə son günlər kürd təşkilatlarının bir neçə anti-Türkiyə yürüşləri keçirilib.

Bu yürüşlər zamanı kürd və türklər arasında toqquşmaların baş verdiyi bildirilir.

Türkiyə bəyan edib ki, Avstriyadakı yürüşləri Avropa İttifaqında qadağan edilmiş PKK təşkil edir.

Bundan əvvəl Vyana hava limanındakı elektron xəbər ekranlarında Türkiyədə 15 yaşından aşağı qızlarla seksə icazə verildiyini iddia edən məlumatların yayılması rəsmi Ankaranın acıqlı reaksiyasına səbəb olmuşdu.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG