Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 02:56

Ankara Assad barədə mövqeyini 180 dərəcə dəyişir


Türkiyənin baş naziri Binali Yıldırım
Türkiyənin baş naziri Binali Yıldırım

Türkiyədən alınan xəbərlərdə deyilir ki, Ankara Suriyadakı müharibənin tezliklə sona çatdırılması üçün səylərini artıracaq və prezident Bashar al-Assadı indilik ölkə başçısı kimi qəbul edir.

Qərb mediası yazır ki, bu barədə qərar heç şübhəsiz prezident Recep Tayyip Erdoğan tərəfindən Rusiya prezidenti Vladimir Putinlə barışıq görüşünün dərhal ardınca qəbul olunsa da, onu prezidentin özü yox, baş nazir Binali Yıldırım elan edib.

Bununla yanaşı, cənab Yıldırım əlavə edib ki, Assad “Suriyanın gələcəyində heç bir rol oynaya bilməz”.

"Biz istəsək də, istəməsək də o, bu gün bir oyunçudur” – deyib Yıldırım.

Kürdlərə qarşı ağır hücumlar

Digər tərəfdən Suriyanın özündə Əl-Hasakə şəhərində Suriyanın hökumət qüvvələri iki gündür ki, kürd ərazilərini bombardman edir.

Türkiyə ilə sərhədin 80 kilometrliyində yerləşən Hasəkə və onun ətrafındakı ərazilər əsasən kürd YPG qüvvələrinin nəzarətindədəir, lakin Assad qüvvələri onları vurub oradan çıxarmağa çalışırlar.

Türkiyə-Suriya sərhədinin böyük bir hissəsi kürd YPG qüvvələrinin nəzarətindədir.
Türkiyə-Suriya sərhədinin böyük bir hissəsi kürd YPG qüvvələrinin nəzarətindədir.

Türkiyə cənab Assada münasibətdə kəskin sərt mövqe tutsa da, Ankara kürdlərin başqa bir təşkilatı olan PKK ilə döyüşür.

Türkiyə narahatdır ki, Suriya kürdləri ilə PKK qüvvələri daha da yaxınlaşa bilər.

Binali Yıdırım deyib ki, qarşıdan gələn 6 ayda Türkiyə Suriyada çox fəal rol oynayacaq.

“Bu o deməkdir ki, biz Suriyanın etnik qruplar arasında parçalanmasına yol verməyəcəyik”- deyib baş nazir.

Yıldırım həmçinin bildirib ki, Suriyanın gələcəyində nə İŞİD, nə də Assad rol oynamalıdır.

Gülen də danışdı

Rusiya rəsmiləri Türkiyənin Assada münasibətinin 180 dərəcə dəyişməsi barədə xəbərləri şərh etməsələr də, Rusiya mediası Anakaranın yeni siyasətini müsbət bir hadisə kimi xəbərləyir.

Bu arada RİA Novosti xəbər verir ki, Türkiyənin ABŞ-dan ekstradisiyasını tələb etdiyi vaiz Fethullah Gülen də Erdoğan-Putin yaxınlaşması ilə bağlı fikirlərini açıqlayıb.

O deyib ki, Türkiyə Rusiya ilə yaxınlaşmaya alternativ variantların olmamasından, yəni çarəsizlikdən gedib.

“Amma unutmayaq ki, Putin çox ağıllı adamdır, ağıllı liderdir və mən düşünmürəm Erdoğan öz hərəkətləri ilə onu aldada bilsin” – deyib Gülen.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG