Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 18:22

Ankarada yeni partlayış: azı 34 nəfər həlak olub (Video və fotolar)


.

Ankara, 13 mart 2016

Ankara, 13 mart 2016

Martın 13-də Türkiyənin paytaxtı Ankarada partlayış olub.

Ankara valiliyinin hadisədən az sonra yaydığı məlumata görə, partlayış nəticəsində azı 34 nəfər həlak olub, 100-dən artıq insan yaralanıb.

Ankara, 13 yanvar 2016

Ankara, 13 yanvar 2016

Partlayış yerli vaxtla saa 18.45-də şəhərin Kızılay səmtindəki Güvən Park yaxınlığında baş verib. İçi partlayıcı dolu maşın partlayıb. Hadisə yerindəki çoxlu sayda maşın yanıb.

Ankara 13 mart 2016

Ankara 13 mart 2016

Partlayış böyük olduğundan səsi şəhərin müxtəlif istiqamətlərində eşidilib. Hadisəni kimin törətdiyi hələlik məlum deyil.

Kızılay Ankaranın ən mərkəz nöqtəsidir. Burda şəhərin böyük parklarından olan Güvən Park, Türkiyə Baş Nazirliyinin keçmiş binası, Təhsil Nazirliyinin binası və başqa dövlət idarələri, iş mərkəzləri, avtobus dayanacaqları yerləşir. Yaxınlıqda metro dayanacağı var.

Keçən ay fevralın 17-də Türkiyə hərbçilərinin olduğu xidməti maşının partlaması nəticəsində 29 nəfər həlak olmuşdu. Türkiyə hakimiyyəti bu hadisədə kürd terror qrupunun əli olduğunu bildirmişdi.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG