Keçid linkləri

2024, 05 May, bazar, Bakı vaxtı 04:42

Ankarada yenidən qarşıdurma yaranıb


Foto arxiv
Foto arxiv

Oktyabrın 10-da Ankarada törədilmiş partlayışlara görə Türkiyədə 3 günlük matəmdir. Son məlumata görə, həmin parlayışda 95 nəfər ölüb, 245 nəfərsə yaralanıb.Yaralılardan 48-i ağır vəziyyətdədir.

Kürdpərəst siyasətçilər və digər şəxslər və fəallar oktyabrın 11-də partlayış yerinə çiçək qoymaq istəyərkən polis buna mane olub və dava düşüb.

Xalq Demokrat Partiyasının lideri Selahattin Demirtas
Xalq Demokrat Partiyasının lideri Selahattin Demirtas

​Kürdpərəst Xalq Demokrat Partiyasının liderləri Selahattin Demirtas və Figen Yuksekdag da terror qurbanlarının xatirəsini yad etmək istəyirmişlər. Amma polis istintaq getdiyini əsas gətirərək buna imkan verməyib.

Partlayışlar dinc aksiyaçılar mərkəzi dəmiryol vağzalının ətrafına toplaşarkən, bir-birindən 50 metrlik məsafədə törədilib.

Aksiyaçılar hökumətlə ölkənin cənub-şərqindəki kurd yaraqlıları arasındakı münaqişəni həll etməyə çağırmaq üçün toplaşıblarmış.

Məlumatlara görə, yürüşü kürdpərəst və solçu siyasi partiyalar təşkil edibmişlər və polis partlayışdan qəzəblənmiş kütləni dağırmaq üçün havaya xəbərdarlıq atəşi açmalı olub.

Bundan bir qədər sonra ölkənin ən böyük şəhəri olan İstanbulda da hökumət əleyhinə nümayiş keçirilib.

İstanbulda aksiya. 10 oktyabr
İstanbulda aksiya. 10 oktyabr

Aksiyaçılar Ankaradakı partlayışlara görə hökuməti günahlandırıblar.

Məlumatlara görə kürdpərəst Xalq Demokrat Partiyası dinc mitinqin təşkilatçılarından biri olub.

Partiyanın lideri Demirtas da bu partlayışlara görə hökuməti günahlandırıb.

Qeyd edək ki, bu ilin iyununda da bu partiyanın Diyarbəkrdə keçirdiyi mitinq zamanı törədilən partlayışda 2 nəfər ölmüşdü.

Həmin vaxt seçki ərəfəsi idi və partiya seçkidən sonra ilk dəfə parlamentə düşə bildi.

Türkiyə prezidenti Recep Tayyip Erdogan
Türkiyə prezidenti Recep Tayyip Erdogan

Amma baş nazir Racep Tayyip Erdogan ittihamları rədd edib və bunu “iyrənc hücum” adlandırırb.

O bu hücumların ölkənin birliyi və dincliyinə qarşı yönəldiyini bildirib.

Erdogan buna görə, Türkmənistana nəzərdə tutulan səfərini təxirə salmalı olub. O oktyabrın 12-də Aşqabadda Azərbaycan və Türkmənistan prezidentləri ilə birgə sammitdə iştirak etməli idi.

Baş nazir Ahmet Davutoglu isə bu arada bu hücumu intiharçıların törətməsi barədə ciddi əlamətlər olduğunu bildirib. Oseyib ki, hələlik parlayışlara görə cavabdehliyi heç bir qrup üzərinə götürməyib.

Türkiyənin baş naziri Ahmet Davutoglu
Türkiyənin baş naziri Ahmet Davutoglu

Amma o İslam Dövləti Qrupu, PKK və solçu solçu İnqilabçı Xalq Azadlıq Ordusu Cəbhəsinin potensial şübhəlilər olduğunu vurğulayıb.

Bu ilin iyulunda Türkiyənin Suruc şəhərində azı 30 kürd fəalın ölümü ilə nəticələnən terror aktından sonra PKK Türkiyə hökuməti ilə atəşkəs razılaşmasından çıxdı və yenidən tərəflər arasında toqquşmalara və hər iki tərəfdən böyük itkilərə səbəb oldu. Qeyd edək ki, Suriya ilə sərhəddə yerləşən Surucdakı həmin hücumu İslam Dövləti qrupu törətdi.

Amma PKK Ankaradakı son terror aktından sonra bəyan edib ki, noyabrda ədalətli parlament seçkisi keçirilməsi üçün hərbi əməliyyatları dayandırır.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG