Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 10:35

Türkiyənin “Şengenə girişi” təxirə salınır


Türkiyəyə Şengen zonasına giriş verilməsi üçün Ankaranın 72 şərtə əməl etməsi tələb olunurdu. Bu şərtlərin yerinə yetirilməsinə verilmiş vaxt çərşənbə günü başa çatıb

Avropa İttifaqı bəyan edib ki, Türkiyəyə öz vətəndaşlarının Avropaya vizasız gediş-gəlişi üçün lazımi şərtləri yerinə yetirməsinə verilmiş vaxt başa çatıb.

Bu şərtlərdən ən mühümü Türkiyədə yenicə qəbul olunmuş antiterror qanununa dəyişikliklərə yenidən baxılması, insan haqları və təhlükəsizlik kimi məsələlər daxildir.

Avropa İttifaqı hesab edir ki, antiterror qanunları Türkiyədə hökumət tənqidçilərinin təqibi üçün şərait yaradır.

Ankara sözü gedən qanun müddəalarını dəyişməyəcəyini bildirmişdi.

Avropa Komissiyasının bəyantında deyilir ki, Türkiyəyə Şengen zonasına giriş verilməsi üçün Ankaranın 72 şərtə əməl etməsi tələb olunurdu. Bu şərtlərin yerinə yetirilməsi üçün verilmiş vaxt çərşənbə günü başa çatıb.

Buna baxmayaraq Türkiyənin Avropa İttifaqına üzvlüyünə dair danışıqların davam etdirilməsi məsələsinin müzakirəsi dayandırılmayıb.

Lakin hətta bu danışqıların bərpası da Türkiyənin yaxın gələcəkdə Avropa İttifaqına üzv olması üçün təminat vermir.

Miqrantların sayı kəskin azalıb

2005-ci ildən indiyədək Türkiyə ilə müqavilə danışıqlarında bu sənədin 35 fəslindən yalnız biri üzərində iş başa çatıb.

Müşahidəçilər qeyd edirlər ki, Avropa İttifaqı Türkiyənin qaçqın axının “qapılarını açacağı” barədə hədəsindən hələ də narahatdır, lakin indilik müəyyən arxayınlıq üçün şərait yaranıb.

Əvvəla Egey dənizindən keçib Yunanıstana gələn qaçqınların sayı ilin əvvəllərindəki 2000-dən, hazırda 50 nəfərə düşüb və bu meyl yayın sonlarından sonra da davam edəcək.

Təhlilçilər qeyd edirlər ki, Türkiyə Avropaya can atan miqrantlar üçün tranzit ölkə kimi cazibəsini getdikcə daha çox itirir.

Türkiyəyə vizasız gediş-gəlişin nə vaxt veriləcəyi barədə suala cavab olaraq Avropa Komissiyası bildirib ki, bu məsələyə sentyabrda baxıla bilər.

XS
SM
MD
LG