Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 00:48

763 hərbi sursat zərərsizləşdirilib


-

Aprelin 23-ü Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) Zərdab, Tərtər, Goranboy, Füzuli və Ağdam rayonlarında aşkarlanan partlamamış hərbi sursatlar (PHS) haqqında hesabat açıqlayıb.

Hesabata görə, Zərdab rayonunda 1 ədəd taktiki siqnal minası məhv edilib.

Tərtər rayonunda 6 ev və həyətyanı sahə, 10 partlayış yerinə baxış keçirildiyi bildirilir. Nəticədə 3 ədəd partlamamış “Qrad” mərmisinin hissələrinin aşkar edildiyi deyilir.

Hesabatda qeyd edilir ki, Ağdamda 2 ədəd piyada əleyhinə mina işarələnib.

Samuxda 3 ədəd OFAB-50 (partlayış dalğalı və qəlpəli aviabomba) aviabomba, 618 ədəd 12.7 mm.-lik kiçik çaplı mərmi aşkar edildiyi bildirilir.

Hesabatda deyilir ki, ümumilikdə, Agentlik aprelin 7-dən 23-nə kimi 763 ədəd partlamamış hərbi sursat və 6 ədəd piyada əleyhinə mina aşkar edərək, zərərsizləşdirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG