Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 06:28

Azərbaycanda analoq televiziya yayımı tamamilə dayandırılır. Noyabr ayınadək ölkə bütünlüklə rəqəmsal yayıma keçəcək.

Ekspertə görə, analoq yayım dayandırıldıqda, xüsusilə regionlarda problem yaranacaq.

Milli Televiziya və Radio Şurası sentyabrın 27-də keçirilən toplantısında bununla bağlı qərar qəbul edib. Bu haqda şuranın saytı xəbər verir.

Ölkə başçısı sentyabrın 20-də “Azərbaycanda informasiya cəmiyyətinin inkişafına dair Milli Strategiya"nın həyata keçirilməsi üzrə 2016-2020-ci illər üçün Dövlət Proqramı”nı təsdiqləyib.

Həmin proqram yaxın dövrdə analoq yayımın dayandırılmasını, rəqəmsal yayıma keçilməsini nəzərdə tuturdu.

Şura həmin sənədə əsasən Bakı və Abşeron yarımadasında analoq yayımın noyabrın 1-dən dayandırılmasına qərar verib. Analoq yayım bütün ölkə ərazisində dekabrın 1-də dayandırılacaq.

Milli Televiziya və Radio Şurası həmçinin, tv-lərə bununla bağlı təbliğat aparmağı tövsiyə edib. Sahibkarlara isə tövsiyə olunub ki, rəqəmsal yayımı dəstəkləyən, DVB-T standartına uyğun olan dekoderlərin satışının təşkil etsinlər.

Analoq yayım dayandırıldıqdan sonra DVB-T standartına uyğun dekoderi olmayan televizorlar “göstərməyəcək”.

Milli Televiziya və Radio Şurası sentyabrın 27-də vətəndaşlara da müraciət edib. Şura vətəndaşlardan xahiş edir ki, televiziya yayımının izlənməsindən ötrü tələb olunan zəruri avadanlıqları əldə etsinlər...

Eskpertlər analoq yayımın qəfil dayandırılmasını birmənalı qarşılamır.

Hökumət rəqəmsal yayıma keçiddə vətəndaşa yardım etməli idi

Media eksperti Xalid Ağaliyev açıqlamasında ölkənin rəqəmsal yayıma keçidə tam hazır olmadığını deyib.

“Bizim qənaətlərimiz hökumət rəsmilərinin açıqlamalarından, öz müşahidələrimizdən formalaşır. Milli Teleradio və Yayım Şuranın rəhbəri ötən ay açıqlamışdı ki, analoq yayımı dayandırmağa tam hazır deyilik. Çünki, vətəndaşların hamısı, xüsusən də regionlarda olan insanlar rəqəmsal yayımı dəstəkləyən avadanlıqlara sahib deyil. Bir ayda bu problem çözüldümü? ”, deyə sual edən X.Ağaliyev son aylarda vətəndaşların, özəlliklə də aztəminatlı insanların zəruri avadanlıqlarla təmin olunması istiqamətində hansısa addımın atılmadığını bildirib.

“Əlbəttə daha keyfiyyətli rəqəmsal yayıma keçmək çox faydalıdır. Ancaq bundan öncə atılması vacib olan xeyli addımlar var idi ki, atılmayıb. Ölkə əhalisinin böyük bir hissəsinin sahib olduqları televizorlar analoq yayıma uyğundur. Rəqəmsal yayım televizorlarının qiyməti isə hər vətəndaşın dərhal ala biləcəyi qədər ucuz deyil. Rəqəmsal yayımı dəstəkləyən cihazların qiyməti 50 manat civarındadır. Dövlət proqramlarının, qərarların məqsədi odur ki, belə durumlarda vətəndaşa yardım edilsin. Hökumət, Rabitə Nazirliyi, Şura ehtiyacı olan vətəndaşlara həmin cihazların əldə edilməsində yardımçı olacaq addımlar atmalı idilər”, X.Ağaliyev bildirib.

X. Ağaliyevin fikrincə, analoq yayım tamamilə dayandırıldıqda bir çox vətəndaşların, özəlliklə də regionlarda yaşayanların teleyayıma çatım imkanlarında ciddi problem yaranacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG