Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 02:32

Noyabrın 1-dən Bakı və Abşeron yarımadasında televiziya kanallarının analoq yayımı dayandırılacaq. Bütün ölkə ərazisində isə dekabrın 1-dən analoq yayımın dayandırılması gözlənilir.

Milli Televiziya və Radio Şurası sentyabrın 27-də keçirilən toplantısında bununla bağlı qərar qəbul edib.

Ölkə başçısı isə sentyabrın 20-də «Azərbaycanda informasiya cəmiyyətinin inkişafına dair Milli Strategiyanın həyata keçirilməsi üzrə 2016-2020-ci illər üçün Dövlət Proqramı»nı təsdiqləmişdi.

Həmin proqram yaxın dövrdə analoq yayımın dayandırılmasını, rəqəmsal yayıma keçilməsini nəzərdə tuturdu.

Analoq yayım dayandırıldıqdan sonra DVB-T standartına uyğun dekoderi olmayan televizorlar «göstərməyəcək».

Milli Televiziya və Radio Şurası sentyabrın 27-də vətəndaşlara da müraciət etmişdi. Şura vətəndaşlardan xahiş edir ki, televiziya yayımının izlənməsindən ötrü tələb olunan zəruri avadanlıqları əldə etsinlər.

Ekspertlərə görə, analoq yayım dayandırıldıqda, xüsusilə regionlarda problem yaranacaq.

Onların fikrincə, hökumət rəqəmsal yayıma keçiddə vətəndaşa yardım etməli idi

Media eksperti Xalid Ağaliyev açıqlamasında ölkənin rəqəmsal yayıma keçidə tam hazır olmadığını deyib.

X.Ağaliyevin fikrincə, analoq yayım tamamilə dayandırıldıqda bir çox vətəndaşların, özəlliklə də regionlarda yaşayanların teleyayıma çatım imkanlarında ciddi problem yaranacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG