Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 08:33

Milli Televiziya və Radio Şurası (MTRŞ) sentyabrın 27-də qəbul etdiyi ölkə ərazisində analoq yayımın dayandırılmasını nəzərdə tutan qərarına dəyişikliklər edib.

Bu haqda MTRŞ Aparatının rəhbəri Toğrul Məmmədov bildirib.

O, APA-ya deyib ki, şuranın son toplantısında rəqəmli yayıma keçidlə bağlı vəziyyət müzakirə olunub. MTRŞ üzvləri rəqəmsal yayımı dəstəkləyən dekoderlərin əldə olunması işinin asanlaşdırılması məqsədilə regionlarda analoq yayımın mərhələli şəkildə dayandırılmasını uyğun hesab ediblər. Bu səbəbdən şuranın sentyabrın 27-də qəbul etdiyi qərara dəyişiklik edilib.

Buna da bax:​ Analoq yayımın dayanmasından şikayətlər

Dəyişikliyə əsasən, regionlarda analoq yayımın dayandırılması 3 mərhələdə həyata keçiriləcək.

Analoq yayım birinci mərhələdə dekabrın 1-dən Şamaxı Qobustan, Siyəzən, Şabran, Xızı, Quba, Qusar, Xaçmazda dayandırılacaq.

İkinci mərhələdə dekabrın 10-da Ağsu, İsmayıllı, Kürdəmir, Zərdab, Saatlı, Sabirabad, Ağcabədi, Ağdam, Ucar, Gəncə, Samux, Daşkəsən, Gədəbəy, Göygöl, Şəmkir, Ağstafa, Qazax, Tovuz, Tərtər, Naftalan, və Bərdə rayonu ilə bağlı eyni qərar veriləcək. Goranboy, Mingəçevir, Yevlax, Ağdaş, Göyçay, Qəbələ, Oğuz, Şəki, Zaqatala, Balakən və Qax rayonunda da analoq yayım həmin gün dayandırılacaq.

Buna da bax: Rəqəmli TV-yə keçid yoxsul ailələri televiziyasız qoyub

MTRŞ digər rayonlarda analoq yayımı dekabrın 20-də kəsəcək.

MTRŞ sentyabrın 27-də noyabrın 1-dən Bakıda, dekabrın 1-dən isə bütün ölkə ərazisində rəqəmsal yayıma keçilməsi barədə qərar vermişdi. Ancaq Bakıda rəqəmsal yayıma keçid baş versə də, bu ciddi problemlərlə müşayiət olundu.

Mərkəzdə rəqəmsal yayıma çatımı təmin edən cihazların - dekoderlərin əldə edilməsi problemi üzə çıxdı. Həmin günlərdə poçtlarda dekoder əldə etmək istəyən vətəndaşların növbələri müşahidə olunurdu.

Buna da bax: Bakıda dekoder ajiotajı

Müstəqil media ekspertləri, hələ MTRŞ qərar verərkən Azərbaycanın rəqəmsal yayıma keçidə tam hazır olmadığını bildirmişdilər.

Onlar deyirdilər ki, analoq yayım tamamilə dayandırıldıqda bir çox vətəndaşların, özəlliklə də regionlarda yaşayanlara ciddi problem yaranacaq.

Ancaq o zaman MTRŞ nümayəndələri bu rəylərin əsaslı olmadığını ifadə etmişdilər.

Buna da bax:

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG