Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 15:02

►Deputat təklif edir: “Hər ailəyə uşaqbaşına 100 manat verilsin”

Təkbaşına uşaq böyüdən valideynə güzəşt edildi.

Parlamentin mayın 17-də “Əmək Məcəlləsi”nə etdiyi dəyişikliyə görə, bundan sonra üç yaşınadək uşağını təkbaşına böyüdən valideynlərə qısaldılmış iş vaxtı müəyyən edilib.

Yəni onlar gün ərzində 7 saatdan bir az artıq işləyəcəklər, çünki yeni dəyişikliyə görə, 3 yaşına qədər uşağını tək böyüdən valideyn həftə boyu 36 saatdan artıq işləməməlidr.

Yeni dəyişikliyi iş yerləri necə qarşılayır?

Sorğu göndərdiyimiz şirkətlərdən biri, Bakcell-dən deyirlər ki, onlar əmək qanunvericiliyinə edilən dəyişikliyi dəstəkləyirlər.

“Azərbaycanın ən böyük işəgötürənlərindən biri kimi Bakcell şirkəti müsbət iş mühitinin yaradılması və əməkdaşlarının daha yaxşı şəraitdə çalışması üçün əlindən gələni edir. “Əmək Məcəlləsi”ndə nəzərdə tutulan bütün öhdəliklərin yerinə yetirilməsi ilə yanaşı, biz müxtəlif kateqoriyalardakı əməkdaşlarımızın daha rahat iş şəraiti ilə təmin olunmasına çalışırıq”, - şirkət AzadlıqRadiosunun sualını cavablandırarkən deyib.

____________________________________________________________

Bunlara da bax:
Mehriban Əliyevadan 10 min nəfərlik amnistiya təşəbbüsü
Naxçıvanda «sosialızm qurulub»

____________________________________________________________

“Belə bir dəyişiklik şirkətə problemlər yaradacaqmı” sualını cavablandırmayan şirkət yalnız onu əlavə edib ki, uşağını təkbaşına böyüdən valideynlərə qısaldılmış iş rejiminın tətbiq olunması ilə bağlı qanunun tələblərini yerinə yetirəcəklər.

“Uşaqbaşına 100 manat verməlidirlər”

Valideynin işdən tez çıxması qayğısına qalmaqdansa, ona maddi dəstək edilsin. Milli Məclisin üzvü Araz Əlizadə bu fikirdədir.

Onun sözlərinə görə, “Əmək Məcəlləsi”nə belə dəyişiklik etməkdənsə, hər ailəyə uşaqbaşına 100 manat verilsin:

“Hər ailədə, adətən, iki uşaq olur və hər uşağa aylıq 100 manat ona görə verilməlidir ki, ana işləməyib uşağını tərbiyə etsin. Ancaq o analar işləsin ki, işləməyə bilmirlər, öz peşələrinin vurğunudurlar və karyera barədə də düşünürlər”.

Araz Əlizadə vurğulayır ki, o, həmin məbləğin uşağını dolandırmaq xatirinə işləməyə məcbur olan analara şamil ediməsini istəyir: “Söhbət uşağını dolandırmaq xatirinə işə çıxan analardan gedir. Təklif eləmişəm ki, uşaq anadan olandan yetkinlik yaşına çatana qədər dövlət belə bir dəstək versin”.

Bəs 100 manat uşağın bir aylıq xərclərini ödəyirmi? Araz Əlizadə deyir ki, əmək haqqının aşağı həddi 125 manatdır və bu məbləğ uşağın minimum xərclərini ödəyə bilər.

“Çoxlu və müasir uşaq bağçaları, körpələr evi açılmalıdır”

“Əmək Məcəlləsi”nə dəyişikliyi ciddi bir hal saymayan Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının rəhbəri Sahib Məmmədov isə hesab edir ki, bu, nə uşağını tək böyüdən valideynlərə, nə də iş strukturlarına fayda verəcək:

“Bundansa, uşaq bağçalarının sayını artırmaq lazımdır” deyən müsahibimiz bildirir ki, uşaqlı qadınlar üçün natamam iş saatı var, heç buna əməl olunmur: “İşdən tez çıxmaq nəyi dəyişəcək ki? Hətta ola bilər ki, işdən tez çıxdığına görə, həmin valideynə əmək haqqı ilə bağlı tam ödəniş edilməsin”.

Sahib Məmmədov sosial strukturların sayının artırılmasının tərəfdarıdır:

“İşləyən ailələr uşaqlarını verməyə normal, müasir uşaq bağçası tapmalıdır, ucuz qiymətə körpələr evi olmalıdır. Elə bir şərait yaradılmalıdır ki, özəlliklə, analar uşaqlarını rahatlıqla bu müəssisələrə versinlər və əmək bazarını tərk etməsinlər”.

DİNLƏ: Günün əsas hadisələri Azadlıq Radiosunda (17 may)

Kimə deyirsən, işgəncəyə münasibət bildir, qaçır…

BAX: Günün əsas hadisələri Azadlıq Radiosunun TV proqramında (17 may)

"Araşdırmırsa, deməli, işgəncələrin arxasında dövlət dayanır"
Ramil Usubovun polisdəki işgəncələrdən xəbəri var?

XS
SM
MD
LG