Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 04:51

lkin müalicələrə azı 50 min avro tələb olunur. Ana deyir, övladının xaricdə müalicəsinə yardım üçün Səhiyyə Nazirliyinə müraciət edir, ancaq nəticə yoxdur

"Biz onu uzun illər sonra tapdıq. Uzun-uzadı müalicələr nəticəsində dünyaya gətirdim. İndi göz görə-görə əlimizdən gedir. Vəziyyəti hər gün daha da ağırlaşır".

Bakı sakini Günel Əhmədova AzadlıqRadiosunun "Qaynar xətt"inə 12 yaşlı övladı Aytacın qan xərçəngindən müalicəsi üçün vəsait tapa bilməməsindən danışıb. Onun sözlərinə görə, 1 ildir ki, pulsuzluqdan yerli həkimlərin müayinə və müalicələri ilə kifayətlənməli olur:

YERLİ HƏKİMLƏR DƏ ETİRAF EDİR Kİ...

"Aytacdan başqa kimsəm yoxdur. Atası 4 ildir böyrək çatışmazlığından vəfat edib. Aytacı təkbaşına böyüdürəm. Özüm də zob xəstəliyindən əziyyət çəkirəm. Qızım ağır xəstədir. Burada düzgün qoyulmayan diaqnozlar, səhv müalicələr uşağın vəziyyətini daha da ağırlaşdırıb. Yerli həkimlər özləri də deyir ki, bu uşağın müalicəsi Almaniyadadır”.

Aytacda xəstəlik qəflətən aşkar edilib. Halsızlıq və sair əlamətlər narahatçılığa səbəb olub, həkimə müraciət olunanda alınan cavab ananı məyus edib. İndi Aytacın həyatda qalmasına ümid var, pul yoxdur. Qohumlarsa əllərindən gələn köməyi edib kənara çəkiliblər. Bir sözlə, ana xəstə övladıyla meydanda tək qalıb. İlkin müalicələrə azı 50 min avro tələb olunur.

Ana deyir, övladının xaricdə müalicəsinə yardım üçün Səhiyyə Nazirliyinə müraciət edir, ancaq nəticə yoxdur. Aytacınsa vəziyyəti günbəgün ağırlaşır, görmə, eşitmə qabiliyyəti sıradan çıxıb.

RƏSMİ MÜRACİƏT OLMALIDIR

Səhiyyə Nazirliyindən "Qaynar xətt"ə bildirilib ki, ölkə daxilində müalicəsi mümkün olmayanların xaricdə müalicə, yaxud əməliyyatla bağlı ərizələri Nazirliyin Vətəndaşları Respublikadan Kənar Müalicəyə Göndərən Komissiyasına göndərilir. Komissiya xəstənin xaricdə müalicəyə göndərilməsinə ehtiyac olub-olmadığını araşdırır. Nazirlikdən onu da bildiriblər ki, 12 yaşlı Aytacın xaricdə müalicəsi ilə bağlı valideyni tərəfindən belə bir ərizəsi daxil olmayıb. Ola bilsin ki, o, nazirliyə şifahi müraciət edib. Əgər rəsmi müraciət olsa, komissiya onun ərizəsini araşdıracaq.

Hüquqşünas Fuad Hüseynov da azyaşlının əməliyyatı ilə bağlı Səhiyyə Nazirliyinin Vətəndaşları Respublikadan Kənar Müalicəyə Göndərən Komissiyasına müraciət etməsini tövsiyə edir:

"Hər il büdcədən belə məsələlərə görə milyonlarla pul ayrılır. Komissiya müraciəti təmin etmədiyi halda bunu ciddi əsaslandırmalıdır. Ana "yox" cavabı alsa, komissiyanın qərarını götürüb məhkəməyə müraciət edə bilər".

Günün bütün mövzuları

XS
SM
MD
LG