Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 02:36

-

Amnistiya aktının şamil olunduğu məhkumlardan 2000 nəfərdən çoxu artıq azadlığa buraxılıb. Onlardan 33 nəfərinin xarici ölkə vətəndaşı olduğu bildirilir.

Bu haqda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin saytı xəbər verir.

Amnistiyaya əsasən, cəzaçəkmə müəssisələrindən azadlığa çıxmış məhkumlardan 43 nəfəri qadındır.

Amnistiya aktının icrasında Ombudsman Aparatının, Milli Preventiv Qrupun üzvlərinin, Ədliyyə Nazirliyinin, Bakı şəhər prokurorluğunun və prezident yanında Əfv Məsələləri Komissiyasının, təmsilçilərinin iştirak etdiyi bildirilir.

Milli Məclis Heydər Əliyev Fondunun prezidenti, deputat Mehriban Əliyevanın təşəbbüsü ilə 28 May Respublika Günü münasibətilə mayın 20-də Amnistiya Aktı qəbul etmişdi.

Ümumilikdə 10 min nəfərə şamil edilməsi gözlənən bu aktla 3 min 500 məhkum azadlığa çıxmalıdır.

Buna da bax: Amnistiya aktı: "Kimin pulu var çıxacaq"...

Günün bütün mövzuları

XS
SM
MD
LG