Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 06:18

Ata 'qeyri-islami davranışına' görə qızını qəfəsdə saxlayıb


Illüstrasiya
Illüstrasiya

►Ataya Səudiyyə hökuməti dəstək verir?

Amina evə - Britaniyaya qayıtmaq, həyatını da, seçimlərini də özü müəyyənləşdirmək istəyir

Uelsin paytaxtı Svansidə doğulan Amina Al-Jeffery 16 yaşından bəri atası Mohammed Al-Jeffery tərəfindən döyülüb və ac saxlanıb.

Britaniyanın "The Sun" qəzeti "qeyri-islami" davranışına görə, atasının 4 il Səudiyyə Ərəbistanında qəfəsdə saxladığı məktəbli qızın şəklini dərc edib.

Amina-nın təhlükəsizliyindən narahatlıq duyan Britaniya Xarici İşlər Nazirliyi onu evə qaytarmağa çalışır. Ancaq Səudiyyə hökuməti Britaniya Ali Məhkəməsinin Amina-nı qaytarmaq qərarına qarşı mübarizə üçün Mohammed Al-Jeffery-yə pul verib.

Buna da bax: Gey imam Abdullah: 'Quranda homoseksuallara qarşı heç nə deyilmir'

Atası qızının qərbsayağı yaşam tərzini bəyənmir

Aminanı təmsil edən vəkil Henry Setright-ın sözlərinə görə, 21 yaşlı qız 5 il əvvəl Səudiyyə Ərəbistanına aparılıb və o vaxtdan bəri orada məhbus kimi saxlanılıb. Səbəb də odur ki, atası onun qərbsayağı yaşam tərzini bəyənmir.

Hüquqşünas Hutchinson deyir ki, Amina uelsli adi qızdır və hələ də Uels ləhcəsiylə danışır. O, evə - Britaniyaya qayıtmaq, həyatını da, seçimlərini də özü müəyyənləşdirmək istəyir.

Kral Abdulaziz Universitetində çalışan 62 yaşlı Mohammed Al-Jeffery-yə deyilib ki, qızını Ciddə şəhərindəki Britaniya konsulluğuna – hüquqşünaslarla görüşməyə aparsın.

Ancaq o, Britaniya Xarici İşlər Nazirliyi qızına sığınacaq verməyəcəyinə and içənədək bunu etməkdən imtina edib.

Masanın altındakı yazı

O da deyilir ki, konsulluqdakı görüşdə masanın altına xırdaca qeyd qoya bilən 21 yaşlı Amina öz gələcəyindən qorxduğunu yazıb.

HƏR GÜN YENİ VİDEOLAR BURADA -

Ancaq Mohammed Al-Jeffery-ni təmsil edən vəkil Marcus Scott-Manderson deyib ki, ata məhkəmənin qərarına "tabe olmağa özünü məcbur edə bilməyib".

Britaniya məhkəməsi qərarının aydın olmadığını düşünənlər də var. Məsələ burasındadır ki, Amina artıq yetkin yaşdadır və onun ikili vətəndaşlığı - həm Səudiyyə, həm də Britaniya vətəndaşlığı var.

Doqquz uşaq atası olan Mohammed Al-Jeffery hələ Amina doğulmazdan öncə Uelsə köçübmüş. Ailə müavinət almaqdan ötrü müraciət edib, uşaqlar da Britaniya məktəb və universitetlərində oxuyublar.

Məhkəmə dinləmələri davam edir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG