Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 04:10

ABŞ-ın müsəlman liderləri toplaşıb terrorla bağlı mövqeyini bildirdi


Ahmad Khan Rahami həbs edilir, 19 sentyabr 2016

Ahmad Khan Rahami həbs edilir, 19 sentyabr 2016

Yunion Qraflığının Müsəlman icma mərkəzinin prezidenti Nawaz Sheikh deyir ki, o, bombalı hücumda şübhəli bilinən Ahmad Khan Rahami-ni tanımır. Ancaq onun atası Mohammad mərkəzin üzvü olub və illərlə Elizabeth məscidində dua edib.

Sheikh və Nyu Cersinin bir neçə başqa müsəlman lideri həftəsonu Nyu York şəhərində baş vermiş bomba partlayışlarını qınamaq və İslamın zorakılığı dəstəkləmədiyini vurğulamağa toplaşıblar.

Buna da bax:​ Nyu Yorkda törədilmiş partlayışın şübhəlisi həbs edilib

MÜSƏLMAN İCMASININ KÖMƏYİ

Əfqanıstanda doğulmuş ABŞ vətəndaşı olan Rahami-nin son illər ərzində Əfqanıstan və Pakistana səfər etdiyi üzə çıxıb.

Nyu Cersinin Baskinq Ridc İslam Cəmiyyətinin prezidenti Mohammad Ali Chaudry yerli müsəlman icmasının Rahami-nin tutulmasına köməkliyindən danışıb. Rahami bazar ertəsi günü polislə atışmadan sonra saxlanılıb.

Əfqanıstanda doğulmuş ABŞ vətəndaşı olan Rahami-nin son illər ərzində Əfqanıstan və Pakistana səfər etdiyi üzə çıxıb.

İcma Mərkəzinin direktoru Sheikh bildirib ki, özəlliklə, cümə günlərində məscidə dua etməyə çoxlu insan gəlir. Chaudry isə deyir ki, Nyu Cersi Müsəlman Koalisiyasının üzvləri "belə halların qarşısını almaq"dan ötrü müntəzəm olaraq hüquq mühafizəçiləri ilə əməkdaşlıq edirlər.

Buna da bax:​ Fransada terrorçuluqda şübhəli bilinən daha bir yeniyetmə saxlanıb

“BU PROBLEM YENİ DEYİL”

“Bu işi görməyin yolu, əsasən, məscidə gəlməyənlərlə işləməkdir", o əlavə edib.

Onun sözlərinə görə, radikallaşma problemi yeni deyil. "Ancaq son vaxtlar, bu problem qabarandan bəri icma rəhbərliyi buna qarşı mübarizənin vacibliyini anlayır", o deyir.

Müsəlman liderlərin keçirdiyi mətbuat konfransına jurnalistlərdən başqa, Elizabeth şəhərinin çoxlu sakini də gəlmişdi.

"Sizcə insanların müxtəlif müsəlman qruplarını fərqləndirə bilməsi yaxşı olmazdımı? Çünki onlar "müsəlman" sözünü eşidib onların hamısını eyni sinfə daxil edirlər", gələn sakinlərdən biri soruşub.

Buna da bax:​ 'Mədinədəki bombalı hücum İslamın özünə qarşı hücumdur'

“BİZ DANIŞMASAQ...”

"Mətbuatda verilən əsas mesaj o qədər mənfidir ki, biz danışmasaq, yanlış fikirlər üstünlük təşkil edəcək".

Chaudry isə suala cavab olaraq deyib ki, ictimaiyyəti İslamın reallıqları barədə maarifləndirmək onun icmasının qarşılaşdığı ən böyük çətinlikdir. O bildirib ki, Müsəlman liderlərin bu cinayəti qınamaq təşəbbüsü də bununla bağlıdır.

“Problem ondadır ki, mətbuatda verilən əsas mesaj o qədər mənfidir ki, biz danışmasaq, yanlış fikirlər üstünlük təşkil edəcək.

Şəhərdəki Darul Islam məscidinin prezidenti Hassem Abdellahın sözlərinə görə, hazırda Elizabeth xalqını müsəlman qonşuların terror fəaliyyətini dəstəkləmədiyinə inandırmaq vacibdir.

“Biz istəyirik sakinlərimiz bilsinlər ki, biz onların birlikdə böyüdüyü, birlikdə məktəbə və universitetə, futbol oyunlarına getdikləri həmin müsəlmanlarıq. Biz bu müsəlman icmasıyıq", o deyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG