Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 17:02

ABŞ-ın Azərbaycandakı səfirliyi vizalarını yeniləmək istəyən təcrübəli şəxslərə Müsahibəsiz Güzəştli Viza Proqramını elan edib.

Bu fəaliyyət müştəri xidmətlərinin təkmilləşdirilməsi və prosesin sürətləndirməsi sahəsində göstərilən səylərin tərkib hissəsidir.

Səfirliyin məlumatına görə, bütün tələblərə cavab verən, öz vizalarını təzələmək istəyən və vizalarının müddətinin başa çatmasına 12-48 ay qalmış Azərbaycan vətəndaşlarından konsulla görüşmələri tələb olunmayacaq.

Buna da bax:​ Tbilisi Avropadan vizasız rejim gözləyir

Yeni qaydaya əsasən, təcrübəli şəxslər vizadan ötrü ərizə formasını doldurmalı, ərizə formasının sürətini çıxartmalı, rüsumu ödəyib, sənədləri Visa Document Courier Services-ə (Viza Sənədlərin Kuryer Xidmətinə) təqdim etməlidirlər.

2008-ci il yanvarın 1-dək viza almış şəxslər səfirliyə gəlib barmaq izlərini verməlidirlər. Konsul ərizə paketini nəzərdən keçirəndən sonra qərar qəbul edəcək. Konsulun əlavə sualları olmasa viza 5 gün ərzində hazır ola bilər. Əgər, konsulun ərizə ilə bağlı hər-hansı sualı olsa, ərizəçi səfirliyə müsahibəyə dəvət olunacaq.

Buna da bax: Avropa Birliyi Ukrayna qarşı viza rejimini qaldırır

Səfirlik bildirir ki, Müsahibəsiz Güzəştli Viza Proqramını həyata keçirməkdə məqsəd vizasını təzələmək istəyən Azərbaycan vətəndaşlarına ərizə prosesinin daha tez və rahat reallaşdırmağa imkan yaratmaqdır.

Şərhləri göstər

XS
SM
MD
LG