Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 08:05

ABŞ hərbçi və diplomat ailələrini Türkiyədən çıxarır


İncirlik hərbi hava bazası

İncirlik hərbi hava bazası

ABŞ mediası yazır ki, bir vaxtlar stabillik dayağı olan Türkiyə tarixinin gərginlik və zorakılıq dövrünə qədəm qoyub

Vaşinqton ABŞ hərbçi və diplomat ailələrinin Türkiyədən çıxarılmasına sərəncam verib.

Ailə üzvləri Adana, Muğla və İzmir bölgələrindən çıxarılır.

ABŞ Silahlı Qüvvələrinin Avropa Komandanlığı bildirib ki, bu qərar daimi xarakter daşımır və yalnız “heyətin ailə üzvləri də daxil müəyyən elementlərə riskin aradan qaldırılması” məqsədi güdür.

ABŞ mediası yazır ki, bir vaxtlar stabillik dayağı olan Türkiyə tarixinin gərginlik və zorakılıq dövrünə qədəm qoyub.

Son vaxtlarda ölkənin əsas şəhərlərində terror aktları törədilib.

Bu arada Türkiyə hərbiyyəsi ölkənin cənub-şərqindəki kürd silahlıları ilə döyüşlərdədir və bu da zorakılıqların yayılmasına rəvac verir.

Vaşinqton-Ankara gərginliyi

ABŞ Dövlət Departamenti bütün amerikalılara Türkiyənin cənub-şərq bölgələrinə getməmək barədə xəbərdarlıq edib.

ABŞ mediası yazır ki, bir vaxtlar stabillik dayağı olan Türkiyə tarixinin gərginlik və zorakılıq dövrünə qədəm qoyub

Pentaqon sözçüsü Peter Cook deyib ki, köçürülmə qərarı “təhlükəsizliklə bağlı çox sayda ehtiyatlanmaların” mövcudlıuğu ilə əlaqədar qəbul olunub.

O deyib ki, evakuasiya üçün hər hansı konkret hadisə səbəb olmayıb və bu addım regiondakı vəziyyətin qiymətləndirilməsi əsasında atılır.

Türkiyə prezidenti Recep Tayyip Erdoğan bu həftə Barack Obama-nın nüvə təhlükəsizliyi sammitində iştirak etmək üçün ABŞ-a səfər edir.

Siyasi təhlilçilər bildirirlər ki, indiyədək heç vaxt Vaşinqton və onun əsas NATO müttəfiqlərindən olan Ankara arasında münasibətlər bu qədər gərgin olmayıb.

Onlar deyirlər ki, buna səbəb ABŞ və Türkiyə rəhbərliyinin Suriya münaqişəsi ilə bağlı strateji məqamlara müxtəlif bucaqlardan yanaşmasının nəticəsidir.

Dükan-bazara getmək qadağanı

Hazırda ABŞ-ın 5000-dək hərbi heyəti və onların ailə üzvləri Adana şəhərinin yaxınlığındakı İncirlik bazasındadır.

Bu hərbçilər ABŞ koalisiyasının İraq və Suriyadakı İŞİD qüvvələrinə qarşı əməliyyatlarında iştirak edirlər.

İncirlik hərbi-hava bazası

İncirlik hərbi-hava bazası

Lakin ötən ilin iyulundan ABŞ hərbçilərinə və onların ailə üzvlərinə bazanın yaxınlığında “Amerika xiyabanı” kimi tanınan dükan-bazar və kabab restoranları məhəlləsinə getmək qadağan edilib.

Bundan iki ay sonra rəsmilər hərbçi ailələrinin könüllü evakuasiyasını təklif etmişdilər.

İndi isə söhbət artıq icbari evakuasiyadan gedir.

Bu arada Dövlət Departamenti də öz əməkdaşlarının, o cümlədən Muğla, İzmir və Adanadakı konsulluqlarda çalışanların ailə üzvlərinin təxliyəsi barədə sərəncam verib.

Bu barədə verilmiş xüsusi bəyanatda deyilir ki, Türkiyə boyunca terror təhlükəsi mövcuddur.

Pentaqon bunu da bildirib ki, evakuasiya qərarı Türkiyə hökuməti ilə razılaşdırılıb.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG