Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 03:08

ABŞ koalisiyası Assad qüvvələrini səhvən vurub


F-16 Falcon döyüş təyyarəsi (Arxiv)

F-16 Falcon döyüş təyyarəsi (Arxiv)

ABŞ-ın rəhbərliyi altında koalisiya təyyarələrinin Deyr əz-Zaur məntəqəsinə zərbələri nəticəsində Suriya hökumət qoşunlarından 62 əsgərin həlak olduğu xəbər verilir.

Beləliklə, Suriyada ABŞ və Rusiya arasında bağlanmış sülh razılaşması böyük çətinliklə üzləşib.

ABŞ Mərkəzi komandanlığı bildirib ki, koalsiya təyyarələri Rusiya rəsmilərinin məlumatını aldıqdan sonra hücumu dərhal dayandırıb.

Ağ Ev təəssüf bildirir

Qərb mənbələrinin məlumatlarına görə Ağ Ev Suriya qüvvələrinin qeyri-ixtiyari zərbəyə məruz qaldığına görə Moskvaya təəssüfünü bildirib.

Bu da xəbər verilir ki, Amerika koalisiya qüvvələrinin zərbələri nəticəsində qarışıqlıqdan fürsətlənənekstremistlər strateji yüksəklikləri ələ keçiriblər.

Suriya ordusunun verdiyi məluamtda deyilir ki, ABŞ koalisiyasının hücumu nəticəsində Assad qüvvələrinin 3 tankı, üç zirehli maşını və hava hücumundan müdafiə artilleriyası sıradan çıxarılıb.

ABŞ hərbi rəsmilərindən biri Reuters agentliyinə bildidib ki, bu hücum həyata keçirilməzdən əvvəl ABŞ kəşfiyyatı vəziyyəti öyrənmişdi və Suirya hökumət qoşunlarının vurulması bilməyərəkdən baş verib.

ABŞ tərəfi bunu da bildirib ki, bu hava zərbələrinin təfərrüatları öyrənilərək nəticə çıxarılacaq.

Lakin təhlilçilər bildirirlər ki, ABŞ koalisiyasının bu səhvi ucbatından Moskva-Vaşinqton razılaşması təhlükə ilə üzləşib.

Zaxarova ittiham edir

Rusiya Müdafiə Nazirliyi bildirib ki, Assad qüvvələrinə zərbələr 2 F-16 və A-10 təyyarələri ilə endirilib.

Rusiya hərbiyyəsi bildirib ki, bu zərbələr səhvən endirilbsə belə, Amerika tərəfinin terrorçulara qarşı zərbələrini Rusiya ilə razılaşdırmamasına görə baş verib.

Rusiya XİN-in sözçüsü Mariya Zaxarova deyib ki, Moskva bu zərbələrin səhvən və ya bilərəkdən İŞİD döyüşçülərinin dəstəklənməsi üçün endirilib-endirilmədiyi barədə təfərrüatlı izahat tələb edib.

“Suriya qoşunları üzərinə bugünkü hücumdan sonra biz belə bir dəhşətli nəticəyə gəlirik ki, Ağ Ev İslam Dövlətini müdafiə edir” – deyib Zaxarova.

Rusiya bu insidentin müzakirəsi üçün BMT Təhlükəsizlik Şurasının təcili sessiyasının toplanması üçün müracilət edib.

Bu hadisədən bir qədər əvvəl prezident Putin demişdi ki, Vaşinqton Suriyadakı “terrorçu eLementlərlə bağları qırmağa hazır görünmür”.

Günün bütün mövzuları

XS
SM
MD
LG