Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 19:04

Trump-ın qələbəsi, Clinton-un məğlubiyyəti


Nyu Hempşirin qalibləri Bernie Sanders və Donald Trump
Nyu Hempşirin qalibləri Bernie Sanders və Donald Trump

ABŞ-ın Nyu Hempşir ştatında keçirilən praymeri səsverməsində respublikaçı namizədlər arasında tikinti maqnatı Donald Trump qalib gəlib

ABŞ-ın Nyu Hempşir ştatında keçirilən praymeri səsverməsində respublikaçı namizədlər arasında tikinti maqnatı Donald Trump, demokratlar arasında isə Hilary Clinton-un rəqibi Bernie Sanders qalib gəliblər.

Ölkə üzrə ilk praymerilərin keçirildiyi Nyu Hempşirdə son əlli ildə kiçik istisna ilə həmişə respublikaçı namizədlər qalib olublar.

“Qranit ştat” kimi tanınan Nyu Hempşir səsverməsindən bir gün əvvəl Donald Trump rəqibi və partiyadaşı Ted Cruz-u son dərəcə ədəbsiz sözlə təhqir etməsinə, bundan əvvəlki ziddiyyətli mülahizələrinə və populizminə baxmayaraq, namizədlər arasında ən çox səs toplayan şəxs ola bilib.

Söydükcə dəstəyi artır

Trump bundan əvvəl Vyetnam müharibəsi veteranı John McCain-in “heç də qəhrəman olmadığını” söyləməklə, Fox televiziyasının aparıcısı Megyn Kelly barədə nalayiq danışmaqla qalmaqallara səbəb olmuşdusa, Nyu Hempşirdəki çıxışında rəqibi Cruz-u “qadın cinsi orqanı” ilə müqayisə edib.

Telekanallar onun söyüşlərini səs siqnalları ilə “örtməli” olub.

Donald Trump rəqiblərini təhqir etdikcə populyarlığı artır
Donald Trump rəqiblərini təhqir etdikcə populyarlığı artır

Media xəbərlərində deyilir ki, bütün bu ziddiyyətlərə baxmayaraq, elektorat Donald Trump-ı dəstəklədiyini nümayiş etdirib.

Mətbuat yazır ki, Trump-ı dəstəkləyənlərin böyük əksəriyyəti onun “Amerikanı bir daha qüdrətli edək” şüarına inanan və hazırkı administrasiyadan məyus olan orta təbəqənin nümayəndələridir.

İlkin nəticələrə görə respublikaçıların yarışında ikinci yeri Ohayo ştatının qubernatoru John Kasich tutub.

Sonrakı yerlərdə Texas senatoru Ted Cruz, Marco Rubio və Jeb Bush gəlirlər.

Bundan əvvəl Ayovada keçirilən respublikaçılar seçkisində birinciliyi Ted Cruz qazanmışdı.

Bush-un köməyinə qardaşı gələcək

Təhlilçilər Kasich və Bush-un gözlənildiyindən yaxşı nəticə əldə etdiklərini vurğulayırlar.

Onlar 3-cü yeri xüsusən də Jeb Bush üçün böyük uğur hesab edirlər, beləki o indi donorlarını öz kampaniyasına yatırım etməyə daha çox inandıra bilər.

Üstəlik onun qardaşı, keçmiş prezident George Bush praymerinin növbəti mərhələsi olan Cənubi Karolinada böyük dəstəyə malikdir və səsvermə zamanı qardaşının yanında olacağı gözlənilir.

Demokratların yarışında xanım Clinton Bernie Sanders-in qələbəsini qəbul etsə də, bildirib ki, kampaniyasını davam etdirəcək.

Nyu Hempşirdə Sanders-ə “böyük hesabla” məğlub olan keçmiş dövlət katibi bundan əvvəl Ayovada keçirilən səsverməni kiçik fərqlə udmuşdu.

Növbəti praymeri səsverməsi Cənubi Karolina və Nevada ştatlarında keçiriləcək.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG