Keçid linkləri

2016, 28 Sentyabr, çərşənbə, Bakı vaxtı 14:15

ABŞ informasiya müharibəsində Kreml trollarına uduzur


Rusiya trolları, karikatura

Rusiya trolları, karikatura

Rus trollar indi də amerikanlara hücum edirlər

Rusiya trollarının Ukraynanın və Qərbin informasiya resurslarına hücumları haqqında xəbərlərə mediada çox tez-tez rast gəlinir. Muzdla tutulmuş botlar (çoxsaylı qondarma hesablar işlədən internet istifadəçiləri) Avropa və Amerikanın məşhur saytlarında çoxlu eynicinsli şərhlər yazırlar. Onlar forumlarda müzakirələrə qoşulur və kütləvi şəkildə LinkedIn və peşəkarların başqa şəbəkələrinə nüfuz edirlər.

Buna da bax: Troll-bloqqer: «12 saata 135 şərh yazırdıq»

Trollar rəqiblərinə qarşı dezinformasiya, böhtan və təhqir üsulundan geniş istifadə edirlər. Bununla yanaşı Rusiya və Ukraynanın internet resurslarına yaxşı tanış olan başqa bir üsula da əl atırlar. Onlar öz rəqibləri haqqında sayt rəhbərliyinə çoxsaylı şikayətlər göndərməklə onların hesablarının bloklanmasına nail olurlar. Saytların çoxunda istifadəçilərin hesablarının bloklanması onlar barəsində şikayətlərin sayından asılı olaraq avtomatik həyata keçirilir. Buna görə də trollar bu üsuldan məmnuniyyətlə istifadə edirlər.

Hədəfdə ABŞ-ın ekspertləri, hökumət nümayəndələridir

Buna da bax: "Azərbaycan trolları" ABŞ-ın ATƏT səfirini hədəfləyirlər

Trollar rəqiblərinə qarşı dezinformasiya, böhtan və təhqir üsulundan geniş istifadə edirlər.

İndi ilk dəfədir ki, bu üsuldan Amerikanın nüfuzlu ekspertlərinə, hökumət nümayəndələrinə və hətta kəşfiyyat orqanlarının veteranlarına qarşı istifadə olunub. Bir neçə gün bundan öncə peşəkar şəxslərin saytı sayılan LinkedIn putinpərəst şərhlərə neqativ cavab verməyə cürət etmiş bir neçə istifadəçinin hesabını bağlayıb. Hesabı bağlananlar arasında Amerika ordusunun veteranı Eric Tallant, Mərkəzi Kəşfiyyat İdarəsinin təqaüddə olan zabiti Charles Leven və Nyu York prokuroru James Berger də var.

Adıçəkilən hər üç şəxsə sayt rəhbərliyindən belə bir bildiriş gəlib. «Sizin hesabınız «davamlı şəkildə arzuolunmaz/qeyri-adekvat məzmunlu postlar yazdığınıza və platformadan istifadə edərək başqalarını mütəmadi narahat etdiyinizə görə bloklanıb».

Buna da bax: «Facebook» trolların hökmü altında qalıb

Ordu veteranı Eric Tallant deyir: «Maraqlıdır, saytda heç bir fərdi istifadəçi və ya qrup mənə narazılığını bildirməyib. Əgər mən tərəfdən hansısa narahatlıq olubsa da, bu, məni və başqalarını narahat edən trollara və ekstremistlərə cavab tədbiri olub... Mən kremlpərəst, neo-nasist, sabiq fin keşişindən şübhələnirəm. O, real və saxta proxy-lərdən istifadə edərək mənə hücum təşkil etmişdi. Çoxunun Rusiya Ortodoks Kilsəsi ilə əlaqəsi var. Qəribədir, həmin adamla heç İnternetdə birbaşa ünsiyyətim olmayıb. Sadəcə bir postumda onun adını çəkmişdim».

Amerika saytları informasiya müharibəsinin bu növünə hazır deyil

Kremlpərəst trolların qurbanlarından bir çoxu isə hələlik yalnız saytdan hesablarının bloklanacağı barədə xəbərdarlıq alıblar. Belə qurbanlardan biri də ABŞ-ın Ticarət Nazirliyinin rəsmisi Jason Groves-dur.

Buna da bax: Trollayan media və ya «Ananız niyə 2-ci dəfə ərə gedib?»

«Mən heç vaxt spam və ya arzuolunmaz bir post yazmamışam. Sadəcə trolların yazdıqlarına bir-iki cavabım olub. Heç bir halda nadürüst davranmamışam, yaxud qeyri-dəqiq informasiya yazmamışam», – deyə, Jason Groves təəccüblənir.

Başqa bir troll qurbanı fransalı xarici siyasət mütəxəssisi Giles Raymond DeMourot-dur. LinkedIn-də ən fəal rusiyapərəst istifadəçilərdən olan Yana Dianova sayt rəhbərliyinə şikayət edərək, fransalı mütəxəssisin profilinin guya saxta olduğunu bildirib. Bunun ardınca Giles-in hesabı bloklanıb. O, yalnız pasportunun nüsxəsini sayt rəhbərliyinə göndərdikdən sonra öz hesabına təkrar qovuşa bilib. Giles-in fikrincə, LinkedIn rəhbərliyinin fəaliyyəti ikili standartlara əsaslanır; rus trolların şikayətləri araşdırılmadan dərhal icra olunur, şikayətin əsassız olduğu aşkarlandıqdan sonra belə onlara qarşı bir tədbir görülmür. Halbuki belə hallarda digərlərinı qarşı daha sərt davranılır.

Buna da bax: Trolleybus, troll və trollayan media

O, real və saxta proxy-lərdən istifadə edərək mənə hücum təşkil etmişdi. Çoxunun Rusiya Ortodoks Kilsəsi ilə əlaqəsi var.

Prokuror James Berger də düşünür ki, sayt rəhbərliyi belə məsələlərdə qərəz nümayiş etdirir. O, sayt rəhbərliyinin belə qərəzli münasibətə görə üzr istəməsini tələb edəcəyini bildirir. Berger Misrosoft səhmdarlarını onların nüfuzuna xələl gətirə biləcək belə bir sayta 26 milyard dollar investisiya yatırarkən bir daha düşünməyə çağırıb.

Buna da bax: Roma papası: “Dünya müharibədədir”

Eyni mənzərə ilə Facebook və başqa sosial şəbəkə saytlarında da üzləşmək mümkündür. Görünür, Amerika saytları informasiya müharibəsinin bu növünə hazır deyil. Onların şikayətlərə baxma sistemi yaxşı maliyyələşdirilən, təşkilatlanmış troll hücumlarını nəzərə almayıb. Ona görə də hazırda Kreml trolları İnternet məkanında kef eləyirlər.

Buna da bax:

Günün bütün mövzuları

XS
SM
MD
LG