Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 10:47

ABŞ Raqqa və Mosulu İŞİD-dən almağa hazırlaşır


ABŞ müdafiə naziri Ash Carter
ABŞ müdafiə naziri Ash Carter

1800 ABŞ desantçısı qarşıdan gələn aylarda əsas etibarilə İraq və kürd peşmərgə qüvvələrinə təlim keçmək üçün İraqa göndəriləcək

ABŞ müdafiə naziri Ash Carterin sözlərinə görə, Birləşmiş Ştatlar İraqa xüsusi təyinatlı hərbi birləşmə göndərib və İslam Dövləti adlandırılan təşkilatı İraq və Suriyadakı qüvvə mərkəzlərindən vurub çıxarmağa hazırlaşır.

Ötən ay İraq qoşunlarının qərbi Anbar əyalətinin paytaxtı Ramadini ələ keçirməsindən sonra, ABŞ hərbiyyəsi həmin qələbəyə söykənərək İraqın şımalındakı İraq və kürd peşmərgə qüvvələrinin köməyi ilə ölkənin ikinci böyük şəhəri olan Mosulu İŞİD-dən almağa hazırlaşır.

Xəritədə iki ox işarəsi

Cənab Carter Kentaki ştatındakı Fort Kempbeldə qoşunlar qarşısında etdiyi çıxışda deyib ki, ABŞ və koalisiya qüvvələri özünü İslam Dövləti adlandıran və İŞİD kimi tanınan qruplaşmanın elan etdiyi “xilafətin” de facto paytaxtı sayılan Raqqa-nın alınması üçün qiyamçı qüvvələrə dəstək verəcək.

Raqqa və Mosul hazırda İŞİD-in “hərbi, siyasi, iqtisadi və ideoloji cazibə mərkəzləri olaraq qalır. Bizim əməliyyat planı xəritələrimizdə bu iki şəhərə doğru iki böyük ox işarəsi çəkilib

"Bu iki şəhər - Raqqa və Mosul hazırda İŞİD-in “hərbi, siyasi, iqtisadi və ideoloji cazibə mərkəzləri olaraq qalır, - deyib Carter, - Ona görə də bizim əməliyyat planı xəritələrimizdə bu iki şəhərə doğru iki böyük ox işarəsi çəkilib. Biz əvvəlcə İŞİD-i bu iki şəhərdən vurub çıxaracaq, sonra isə onları İraq və Suriyada nəzarətlərində olan ərazilərdə əzəcəyik”.

Carter habelə bildirib ki, gələn həftə Parisdə koalisiya ölkələri olan Fransa, Avstraliya, Almaniya, İtaliya, Hollandiya və Birləşmiş Krallığın müdafiə nazirləri ilə görüşərək onların dəstəyini təmin etməyi planlaşdırır.

“Bütün bu ölkələr bu şər təşkilatının məhv edilməsi işində mühüm paya malikdirlər” – deyib ABŞ müdafiə naziri.

1800 ABŞ desantçısı

Carter-in dediyinə görə, Mosuluin geri alınması əməliyyatı üçün cənubdan İraq, şimaldan isə peşmərgə qüvvələrinin göndərilməsi və bu şəhərin mühasirəyə alınması nəzərdə tutulub.

İraq döyüşçüsü ABŞ təlimində
İraq döyüşçüsü ABŞ təlimində

Lakin nazir əlavə edib ki, şəhərin geri alınması tez bir zamanda baş verən asan əməliyyat olmayacaq. O deyib ki, bu əməliyyatda anti-İŞİD qüvvələrinə 200 nəfərlik ABŞ komandosu dəstək verəcək.

Bu qüvvə iraqlılara İŞİD döyüşçülərinin təqibi və məhv edilməsində yardım göstərəcək.

Carter-in çıxışından bir gün əvvəl prezident Barack Obama özünün son dövlət müraciətində demişdi ki, Amerika hərbiyyəsi İŞİD-ə qarşı mübarizədə yerli qüvvələrlə birlikdə çıxış etməlidir.

Obama özünün respublikaçı tənqidçilərinə cavab olaraq demişdi ki, münaqişənin “amerikanlaşmasına” imkan vermək olmaz. Bu halda ekstermistlər Qərbi “müqəddəs müsəlman torpaqlarının qəsbində” ittiham etmək imkanı qazanarlar.

“Bunun Üçüncü Dünya Müharibəsi olduğu barədə şişirdilmiş iddialar cihadçıların ürəyindən xəbər verir” – demişdi Obama.

Prezident bir daha bəyan etmişdi ki, bu “fanatik və qatillər” “təqib olunmalı, yaxalanmalı və məhv edilməlidirlər”.

Müdafiə naziri Carter Amerika ordusunun 101-ci hərbi-hava desantı diviziyasının əsgərləri qarşısında çıxış edirdi.

Bu diviziyanın 1800 əsgəri qarşıdan gələn aylarda əsas etibarilə İraq və kürd peşmərgə qüvvələrinə təlim keçmək üçün İraqa göndəriləcək.

XS
SM
MD
LG