Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 16:33

Çinli kapitalı, qərbli zəkası, ABŞ-ın “ağıllı maşınları”nı yaradır…


ABŞ-ın yenicə yaradılmış Faraday Future şirkəti Nevada ştatında 1 milyard dollarlıq “zəkalı avromobil” zavodu tikəcək.

ABŞ-ın yenicə yaradılmış Faraday Future şirkəti Nevada ştatında 1 milyard dollarlıq “zəkalı avromobil” zavodu tikəcək.

Xəbər verilir ki, şirkət əvvəlcə bu zavodu Kaliforniyada tikməyi planlaşdırırdı, lakin sonradan seçim daha çox məxfi və qeyri-məxfi hərbi obyektləri ilə tanınan Nevada olub.

Tesla Motors kimi şirkətlə rəqabət aparan Faraday Future Nevadanı iki əsas məqama görə seçib. Burada ona böyük vergi güzəştləri ediləcək və Nevada dəniz limanlarına çox yaxındır.

Bir çinli media maqnatı tərəfindən də dəstəklənən gənc şirkətə Nevada qubernatoru Brian Sandoval 335 milyon dollarlıq vergi güzəşti təklif edib.

“Özünüsürən”, “ağıllı” maşınların layihələndirilməsi üçün şirkətə elə Teslanın özündən, BMW, Porsche və Volvo-dan ən “parlaq başlar” toplanıb.

Çin kapitalı Amerika bazarında

Şirkətin maliyyə dəstəyi isə Leshi Internet Information & Technology firmasının banisi və rəhbəri Jia Yueting-dən gəlir.

"Özünüsürən" avtomobillərin bazarına veteranlar da çıxacaqlar

"Özünüsürən" avtomobillərin bazarına veteranlar da çıxacaqlar

Forbes jurnalının məlumatına görə onun sərvəti 7, 9 milyard dollar civarındadır və o Çinin 17-ci milyarderidir.

Jia deyir ki, Faraday Future “ağıllı və ətraf mühit üçün zərərsiz avtomobilin” ərsəyə gətirilməsi üçün yaradılır.

Zavod artıq 2016-cı ilin ilk aylarında işə başlayacaq, lakin ilk avtomobillərin konveyerdən çıxacağı gün hələlik sirr olaraq qorunur.

Lakin ekspertlər deyirlər ki, gənc şirkət hələlik heç Tesla Motors şirkətinin də əməlli-başlı yoxlayıb qurtarmadığı bazara gəlir.

Hərçənd Chevrolet, Nissan, Ford və Volkswagen də elektrik avtomobillərinin bazarına gəlməyə hazırlaşırlar.

Bunun özü də çoxlarının tanımadığı Faraday Future şirkəti üçün böyük rəqabət yaradacaq.

Neft də ucuzlaşmağa vaxt tapdı…

Başqa bir gözlənilməz çətinlik neft və benzinin qiymətdən düşməsidir.

Bəzi ekspertlər deyirlər ki, Farady Future şirkətinin avtomobillərini sürmək üçün münasib olan dünya hələ yaranmayıb

Ekspertlər bildirirlər ki, belə hallarda, 2008-ci ildə olduğu kimi amerikalılar daha çox iri qabaritli, “benzinyeyən” maşınlara üz tuturlar.

Hazırda ABŞ-da benzinin bir litri 43 sentədir. Belə şəraitdə elektrik avtomobillərinə keçmək o qədər də cazibəli görünməyə bilər.

Məhz buna görədir ki, hazırda elektrik avtomobillərinin maşın bazarındakı payı 2013-cü ildəki 3, 7 faizdən indi 2, 8 faizə enib.

Bundan başqa “zəkalı özünüsürən avtomobillərin” şütüyəcəyi yollar da hələ yoxdur. Bu maşınlar bütöv bir rəqəmli yol-hərəkət infrastrukturunun təşəkkül tapmasını tələb edəcək.

Bəzi ekspertlər deyirlər ki, Farady Future şirkətinin avtomobillərini sürmək üçün münasib olan dünya hələ yaranmayıb.

Amma bu təlatümlü dünyada kim bilir, sabah nələr olacaq?

Günün bütün mövzuları

XS
SM
MD
LG