Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 00:33

Mərkəzi Bank hərraclarda təklif edilən valyutanın həcmini açıqlamaq istəmir.

Bank “Turan” Agentliyinin hərraclara çıxarılan valyutaların məbləği barədə informasiya sorğusunu cavablandırmayıb.

“Yəqin işlər yaxşı getmir”

Ekspertlərə görə, sözügedən informasiyaların açıqlanmaması qanuni deyil.

Buna da bax:​ Ekspert: Manat gerçək dəyərini tapana qədər 'uçacaq'

Maliyyə eksperti Əkrəm Həsənov hesab edir ki, bu, ilk növbədə manatın durumunun yaxşı olmaması ilə əlaqəlidir.

“Yəqin işlər yaxşı getmir və qeyri-şəffaflıq bununla bağlıdır. Deməli, gizləməli nəsə var. Valyutanın məzənnəsi inzibati yolla müəyyən olunur. Hərrac oyundur. Yoxsa, informasiya açıq olardı. Hərrac haqda bütün informasiya açıqalansa, məlum olar ki, valyutanın məzənnəsi sünidir”, deyə ekspert bildirib.

“Qanunvericilik pozulur”

Hüquqşünas Xalid Ağaliyev isə bir müddət əvvələ qədər bu informasiyaların açıq tutulduğunu, Mərkəzi Bankın internet resursu vasitəsilə yayıldığını yada salıb.

Buna da bax:​ 'Mərkəzi Bank 300 milyon dollar təklif etməlidir'

O, deyib ki, bu, “İnformasiya əldə edilməsi haqqında” qanunun tələbidir.

“Belə bilgilər statistik bilgilər kateqoriyasına aid edilə bilər. Biz bankın illik hesabatında yəqin ki, həmin informasiyaları görə biləcəyik. Odur ki, həmin informasiyaların gizli tutulması qanuni deyil. Mərkəzi Bank onları açıq tutmalı, öz saytı vasitəsilə yaymalıdır”, X.Ağaliyev bildirib.

Oktyabrın əvvəlində valyuta hərraclarının keçirilməsi ilə bağlı yeni qaydalar qüvvəyə minib.

Həmin qaydalara əsasən, hər bir hərrac barədə ayrıca məlumat verilmir. Mərkəzi Bank yalnız manatın məzənnəsi, hərracın başlanması və sonu barədə məlumat verir.

Buna da bax: Hərracda 100 milyon dollar satıldı

Mərkəzi Bank və Neft Fondunun hərracda təklif etdiyi valyuta həcmi açıqlanmır.

Yeni qaydalara qədər valyuta bazarının daha şəffaf olduğu bildirilir. Belə ki, sentyabrda 8 hərrac keçirilib.

731 milyon (631 mln. Neft Fondu, 100 mln. Mərkəzi Bank) dollar satılıb. Sentyabrda dollara tələbin bundan yüksək olduğu bildirilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG