Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 02:38

Azərbaycanda bankların qiymətli metallar və qiymətli daşlarla əməliyyatlarına nəzarət edən orqanın dəyişəcəyi bildirilir.

Ölkə parlamentindən APA-ya verilən məlumata görə, bununla bağlı “Qiymətli metallar və qiymətli daşlar haqqında” qanunun 16.3-cü maddəsinə dəyişiklik təklif edilir.

Dəyişikliyə əsasən, bankların qiymətli metallar və qiymətli daşlarla əməliyyatlarına nəzarəti maliyyə bazarlarına nəzarət orqanı (Maliyyə Bazarlarına Nəzarət Palatası) həyata keçiriləcək.

Buna da bax:​ Bankların xarici borclanma imkanları məhdudlaşıb

Maddənin hazırda qüvvədə olan variantına görə, bu səlahiyyət Mərkəzi Banka aiddir.

Layihəyə Milli Məclisin noyabrın 11-də keçiriləcək plenar iclasında müzakirə ediləcək.

Maliyyə Bazarlarına Nəzarət Palatası bu il fevralın 3-də prezident İlham Əliyevin sərəncamı ilə yaradılıb. Daha sonra banklara nəzarətlə bağlı bir sıra səlahiyyətlər Mərkəzi Bankdan alınaraq bu palataya verilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG