Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 15:04

Əflatun Amaşov ‘Azadlığ’a ‘yardım əlini’ uzadıb


Əflatun Amaşov
Əflatun Amaşov

«Azadlıq» qəzetinin maliyyə problemləri ilə bağlı sentyabrın 6-da qəzet rəhbərliyi ilə söhbətimiz oldu».

Bunu «Turan» İnformasiya Agentliyinə Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib.

Onun sözlərinə görə, müzakirə əsasında belə qərara gəlinib ki, «Azadlıq» qəzeti hesabdan pul götürə bilməkdən ötrü öz üzərinə düşən prosedurları yerinə yetirsin.

«Əgər problem yaranarsa, bu zaman biz də kömək etməyə çalışarıq»

Ə.Amaşov qəzetin çapının dayandırılmasına səbəb olan borc məsələsinin müzakirə predmeti olmadığını deyib.

Buna da bax:​ ''Azadlıq' qəzetinin bank əməliyyatlarına da əngəllər yaradılıb'

Avqustun 20-də «Azadlıq» qəzetinin direktoru Faiq Əmirli həbs edilib.

Bundan sonra qəzetin hesabından pul götürməsi ilə bağlı problem yaranıb. «Azadlığ»ın redaktorunun birinci müavini Rahim Hacıyev problemi belə izah etmişdi:

«Problemimiz yaranıb. Bank əməliyyatlarının aparılmasından ötrü əməkdaşlardan birinin imza nümunəsinin təsdiqi lazımdır. Yalnız bundan sonra bank əməliyyatları aparmaq mümkündür. Bu dəfə imza təsdiqinə imkan verilmədi, həmin sənədlərlə yeni imza təsdiqindən imtina etdilər. Əvvəllər dəfələrlə bu təcrübədən istifadə etmişik».

Sentyabrın 6-da isə «Azərbaycan» nəşriyyatı qəzetin nəşriyyata olan 20 min manat borcuna görə, qəzetin çapından imtina edib.

Buna da bax:​ RSF Faiq Əmirlinin həbsini pisləyir

Rahim Hacıyev borc məsələsini isə belə izah etmişdi:

«Bizim nəşriyyata 20 min manat verəcəyimiz var. «Qasid» Yayım Firması isə bizə 70 min manata yaxın verməlidir. Bütün üsullara əl atmağımıza baxmayaraq, biz bu pulları «Qasid»dən ala bilmədik».

«Qasid» Yayım Firması «Azadlıq» qəzetinə borclu olmasını təkzib etməsə də, bu problem illərdir ki, həllini tapmır.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG