Keçid linkləri

2024, 08 May, çərşənbə, Bakı vaxtı 22:52

Amal Clooney Xədicəni müdafiə etmək istəyir


.
Dünyanın ən tanınmış vəkillərindən biri olan Amal Clooney Azərbaycan jurnalisti Xədicə İsmayıla öz hüquqi yardım xidmətini təklif edib.

Bu barədə vəkilin özü "Meet the Press" televiziya şousunda bildirib.

Məlumata görə xanım Clooney Xədicənin adını birbaşa çəkməsə də deyib ki, onun Azərbaycanda “yeni müştərisi var” və “bu jurnalist qadın hakim rejimin bir neçə korrupsiya əməllərini faş edib”.

“O çox cəsarətli qadındır” – deyib Clooney.

Xədicə İsmayılın vəkilləri hələlik Clooney ilə müqavilə bağlandığı barədə açıqlama verməyiblər.

Amal Clooney deyib ki, İsmayılın adından Azərbaycan hakimiyyətinə qarşı Avropa İnsan Haqları Məhkəməsinə iddia təqdim etməyi planlaşdırır.

İnsan haqları ilə bağlı bir sıra hay-küylü işlərə vəkillik etmiş Amal Clooney Hollywood ulduzu George Clooney-nin həyat yoldaşıdır.

Xədicə İsmayıl 2014-cü il dekabrın 5-də həbs olunub. Jurnalist qanunsuz sahibkarlıq, vergidən yayınma, mənimsəmə kimi ittihamlarla 7 il 6 ay azadlıqdan məhrum edilib. Jurnalist ittihamları rədd edir. “Amnesty International” beynəlxalq hüquq müdafiə təşkilatı Xədicə İsmayılı “vicdan məhbusu” elan edib.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG