Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 07:47

3 yaşlı Aylanın qan dərdi


►Ömrünün uşaqlıq çağını ağır xəstəliklə keçirən qızcığazı, hələ ki, xilas etmək mümkündür

“Qan Bankının üzvüyük. Ancaq 3 ildə cəmi 3-4 dəfə qan verilib ordan. 3 ildir ki, qanı ordan-burdan axtarıb tapırıq”.

“AYA 4-5 DƏFƏ QAN KÖÇÜRÜLMƏLİDİR”

Yevlaxın Ərəc kəndində yaşayan Nərminə İsgəndərova AzadlıqRadiosunun “Qaynar xətt”inə üz tutub. Bu ailənin gözünün ağı-qarası olan 3 yaşlı Aylanın ağır xəstəlikdən xilas olmasından ötrü yardıma ehtiyacı var.

Ayla anadangəlmə talassemiyadan əziyyət çəkir.

Onun xəstəliyindən 6 aylığında xəbər tutublar. Həmyaşıdlarından fərqli olaraq, Aylanın oyuncaqla əylənmək imkanı yoxdur, günləri xəstəxana otaqlarında keçir. Qan qrupunun fərqliliyi isə uşağın durumunu daha da çətinləşdirib:

Buna da bax: Evlənmək istəyənlərdən 7 minindən çoxunda...

“Qan bankından deyirlər ki, “mənfi 4 qan qrupu tapılmır”. Biz özümüz də zorla tapırıq. Hələlik, ayda bir dəfə qan köçürülür. Ancaq 4-5 aydan sonra ay ərzində azı 4-5 dəfə qan köçürülməlidir. Çox çarəsizik. Aylanı itirməkdən qorxuruq”.

CƏMİ 2 MİN MANAT YIĞILIB

Ayla canındakı ağrıları yalnız qan vurulandan sonra – qısa müddətə unuda bilir. Bir müddət sonra yenə halsızlıq, yenə xəstəxana dəhlizləri, ağır iynələr, qan axtarışı…

Aylanın Türkiyədəki klinikalarda əməliyyatına 150 min avro istənilir. Atası hərbçidir, aylıq məvacibi heç dolanışıqlarına yetmir. Bir də elə Aylaya kəsilmiş 74 manat məbləğində pensiya…

Bu pul Aylanın dərmanlarının bir hissəsinə xərclənir.

Ailə tələb olunan vəsaiti toplamağa hesab da açıb. Ancaq iki ay ərzində hesaba vur-tut 2 min manat yığılıb. Nərminə xanım ağlaya-ağlaya danışır, canından çox sevdiyi qızcığazın həyatda qalmasından ötrü xeyirxah insanlardan yardım istəyir.

Aylanın əməliyyatına yardım etmək istəyində olanlar üçün hesab:

MilliÖn kodu: 380194400253089301

Vəsiqə nömrəsi: 06771108

Nərminə xanımın əlaqə nömrəsi: 051 432 30 29

XS
SM
MD
LG