Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 09:21

59 nəfərin zəhərləndiyi kənddən reportaj [video]


Lənkəranın Daştatük kəndi... İlkin olaraq zəhərlənmədə müqəssir kənddəki «İsa bulağı»nın suyu hesab edilib.

Lənkəranın Daştatük kəndi... İlkin olaraq zəhərlənmədə müqəssir kənddəki «İsa bulağı»nın suyu hesab edilib.

Yolları kələ-kötür, daşlı-kəsəkli Lənkəranın Daştatük kəndi...

İlkin olaraq zəhərlənmədə müqəssir kənddəki «İsa bulağı»nın suyu hesab edilib.

Rəcəbovlar ailəsinin 5 üzvü də zəhərlənənlər arasında olub. Ailənin başçısı Zaur Rəcəbov deyir ki, sentyabrın 3-də günorta vaxtı ailə üzvlərinin halı pisləşib:

«Qusma, qarınağrısı, qızdırma olub. Əvvəlcə yoldaşımı və uşaqları apardılar xəstəxanaya, sonra da məni. Axşama qədər kəndə təcili yardım maşınları gəlib-gedirdi. İndi vəziyyətimiz normaldır. Qızdırma yoxdur. Amma uşaqlarda, özümdə halsızlıq var»

Ailənin başçısı deyir ki, sentyabrın 3-də günorta vaxtı ailə üzvlərinin halı pisləşib...

Sentyabrın 3-də «Report»un xəbərinə görə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının infeksiya şöbəsinə yerləşdirilən 59 nəfərdən 49 nəfər ambulator müalicəyə buraxılıb.

«Digər 10 nəfər isə nəzarət altındadır», - xəstəxanadan bildirilib.

Buna da bax:​ Lənkəranda kütləvi zəhərlənmə: 10 nəfərin vəziyyəti ağırdır

Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri İmran Abdullayev ehtimal edir ki, zəhərlənməyə kənddəki içməli su mənbəyinə yağış suyunun qarışması səbəb ola bilər.

SUYA ZƏHƏR QATA BİLƏRLƏR

Zəhərlənmənin dəqiq səbəbləri sudan götürülən analiz nəticələrindən sonra bəlli olacaq.

Lənkəranın Daştatük kəndinin digər sakini Şirvan Əzizov bildirir ki, kənddə ilk dəfədir belə hadisə baş verir. 30 ildən çoxdur istifadə olunan sudan indiyədək zəhərlənən olmayıb:

«Suyun çeşməsində ya qurbağa ölüb, ya da suya zəhər atıblar. Başqa səbəb ola bilməz. İndiyədək sudan zəhərlənən olmayıb bu kənddə»

Daştatük kəndində 70-ci illərdən bəri istifadə olunan «İsa bulağı»nın suyu indi kəsilib.

Yayın istisində kəndin su ehtiyacını ya şəhərdən göndərilən su təmin edir.

Buna da bax:​ Göyçayda toyda kütləvi zəhərlənmə

Şirvan Əzizov deyir ki, su olmayanda çaydakı axar sudan istifadə edirlər, «süzüb, duruldub içirik»

Zəhərlənmənin dəqiq səbəbləri sudan götürülən analiz nəticələrindən sonra bəlli olacaq. O zaman qədərsə sakinlər şəhərdən gələn və ya çaydan götürdükləri su ilə kifayətlənməli olacaqlar.

Buna da bax:

Günün bütün mövzuları

XS
SM
MD
LG