Keçid linkləri

2024, 09 May, Cümə axşamı, Bakı vaxtı 04:26

M.Qurbanlı: Radikallar gəncləri hədəf alır


M.Qurbanlı
M.Qurbanlı

-

«Biz görürük ki, radikal dini qruplaşmalar Azərbaycanda da baza yaratmağa cəhd edirlər».

«Report»un xəbərinə görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

O qeyd edib ki, Azərbaycanda baza yaratmaq istəyənlər ilk növbədə ayrı-ayrı gəncləri təsir altına salırlar: «Hətta insanları, xüsusən də gəncləri fanatik qrupların təsiri altına salıb xarici ölkələrə qeyri-qanuni silahlı birləşmələrə cəlbetmə cəhdlərini görürük. Bu cəhdlərin qarşısını almaqdan ötrü gənclər arasında geniş təbliğat işi aparılmalıdır. Bu mənada gənclər təşkilatlarının üzərinə böyük işlər düşür. Medianın, sosial şəbəkələrin imkanlarından istifadə etmək vacibdir. Bu cür iş aparan qruplara qarşı təbliğat aparmaq, onları susdurmaq lazımdır».

Ölkə mətbuatının yazdığına görə, Azərbaycanda bəzi radikal dini qrupların təsirinə düşən gənclərdən Suriyaya döyüşməyə gedənlər də var. Hüquq-mühafizə orqanları onlardan bir neçə dəstəni məsuliyyətə cəlb etdiklərini açıqlayıblar.

XS
SM
MD
LG