Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 22:09

►“Mən bütün azarkeşlərimlə onlayn ünsiyyət qurmağı və onların suallarını Bakıda canlı olaraq cavablandırmağı səbirsizliklə gözləyirəm."

İspaniyalı Fernando Alonso Bakıda keçiriləcək Formula-1 Avropa Qran Prisnin rəsmi səfiri elan olunub. O Formula-1 yarışlarının ikiqat çempionudur. 3 dəfə vitse-çempion olub. MakLaren komandasının üzvüdür.

Baku City Circuit (BCC) əməliyyat şirkətinin məlumatına görə, F.Alonso martın 8-də yarışların Bakı mərhələsinin hazırlıq işləri ilə tanışlıq üçün Bakıya gəlir. O, martın martın 8-də mətbuat konfransı keçirəcək.

F.Alonso martın 9-da saat 14:30-da isə Bakıdan bütün dünyadan olan azarkeşləri ilə online söhbət edəcək və sosial şəbəkələrdə fanatlarının suallarını cavablandıracaq. Yayım Baku City Circuit-in sosial şəbəkə səhifəsindən həyata keçiriləcək:

“Mən bütün azarkeşlərimlə onlayn ünsiyyət qurmağı və onların suallarını Bakıda canlı olaraq cavablandırmağı səbirsizliklə gözləyirəm. Bu, illər boyu mənə pərəstiş edən insanlarla birbaşa ünsiyyət qurmaq və F1 yarış mövsümü öncəsi əlavə müsbət enerji almaq üçün böyük fürsətdir. Odur ki, mənə olan suallarınızı göndərin və növbəti həftə mən Bakıda olarkən suallarınızı cavablandırmaq üçün sizinlə ünsiyyət qurmağa hazır olacağam” - deyə dünya şöhrətli pilot bildirib.

Formula-I yarışları bu il iyunun 19-da saat 18-də başlayacaq.

Buna da bax: "Formula-1"in start və finişi burda olacaq (Fotolar)

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG