Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 09:36

Alman şirkətləri işçi axtarır, amma miqrantlara iş yoxdur


Arxiv fotosu
Arxiv fotosu

-

Almaniyada miqrantların iş tapma çətinliyi

Əsəd rejimi Mohamad Taha Al-salamah-ın qapısını siyasi ittihamlarla döyəndə 21 yaşlı suriyalının qaçmaqdan başqa yolu olmadı. 3 il dünyanı dolaşandan sonra o, Almaniya gələn Mohamad Taha Al-salamah siyasi sığınacaq almağa çalışır. O, Misir, Livan, Kipr, Səudiyyə Ərəbistanı və Türkiyədə yaşayıb, təhsilini tamamlamağa cəhd göstərib və iş axtarıb. İddialı gənc Berlində karyera qurmağı çox istəyir: “İşləmək istəyirəm, çünki ömrümdən illər gedib”, o deyir. Onun ailəsi mühəndis və memarlardan ibarət olub. Mohamad Taha Al-salamah da atası kimi mühəndis olmaq istəyir. O, Almaniyada sığınacaq axtaran kimi qeydiyyatdan keçən 1 milyon qaçqından biridir. Nəzəri cəhətdən, ölkə yeni gələnlərin inteqrasiyası üçün əla yer sayılır.

*73 min nəfər Youtube Kanalımıza abunə oldu və hər gün yeni video izləyir. Sən də kanalımıza abunə ol

Ancaq Almaniyada bəzi iş yerləri tələb olunan bacarıqlara sahib işçi tapmaqda əziyyət çəkirlər.

1990-cı illərdən bəri Almaniyanın informasiya texnologiyaları sahəsində yüksək işsizik səviyyəsi yaşanır.

Alman şirkətləri işçi axtarır

Alman IT sənayesi ticarət assosiasiyasının araşdırmasına görə, ölkə şirkətlərinin 60 faizi 2015-ci ildə lazım olan kadrı tapa bilməmək problemi ilə üzləşiblər. 360 min boş yer olsa da kadr problem aktual olaraq qalır.

Federal Statistika Ofisinin göstəricilərinə görə, Suriya və İraqdan olan imiqrantlar hələ də Almaniyanın əmək bazarına töhfə verə bilmirlər. Ancaq bacarıqlı imiqrantlar da ölkə bürokratiyasının ucbatından imkanlarını kilidləməli olurlar.

Mohamad Taha Al-salamah xoşbəxt idi. Dostu ona demişdi ki, Samonif tikinti firmasında təcrübə keçmək imkanı var. Bu təcrübə ona imkan verirdi ki, alman dili kursuna da davam etsin.

Alman dili tədrisi miqrantlar üçün pulsuz olsa da, bir çox miqrant dili öyrənməkdə əziyyət çəkir.

Almancan yoxdursa, işin çətindir

Berlində yerləşən Zeeshan Rizvi ötən ilin fevralında Pakistanda sekta zorakılğından qaçıb. Onun Pakistanda 7 illik market təcrübəsi var. Ancaq 6 aydır ki, iş axtarır. O, alman dili kurslarına gedir. Tvitter hesabında yazır ki, sahəsinə uyğun iş tapmaq istəyirsə, almanca danışmalıdır, çünki onun peşəsi dildən asılıdır. Zeeshan Rizvi vurğulayır ki, marketlərdə iş tapmaq asan deyil, ona görə də o, istənilən bir işdə çalışmağa razıdır.

İngilis dili kifayət eləmir

İngilis dilində yaxşı danışa bilənlərin bacarıqları belə Berlin texnologiya və yaradıcı sənayedə Almaniya tələblərini ödəmir.

Beynəlxalq marketə xidmət edən şirkətlərin tez-tez ingilisdilli işçiyə ehtiyacı yaranır.

Sosial oyunlar idarəçisi Wooga-nın 40-dan çox millətdən olan işçisi var. Şirkətin təsisçisi və icraçı direktoru Jens Begemann deyir ki, onun komandası miqrantlara həssas yanaşır: “Biz oyunlar sənayesində bacarıqlarını artırmaq istəyən miqrantlar üçün mütəmadi 6 həftəlik təcrübə proqramı təşkil edirik. Əsas tələbimiz odur ki, oyunlara həvəsi olsun və ingiliscə bilsin”.

Hələbdən olan proqramçı Muhannad Fakhouri inanır ki, informasiya texnologiyaları sahəsində almancanı səlis bilmədən də iş tapmaq mümkündür. O, almanca danışa bilir, ancaq dildən yox, “qırmızı xətdən” narahatdır: “İş icazəsi üçün bir il 3 aydır ki, gözləyirəm. Hər şey burda çox asta gedir”.

Rəsmi iş icazəsi gözləyən miqrantlar bəzən məcbur olub aşağı əmək haqqı verən “kölgə iqtisadiyyatında” işləsinlər.Adının çəkilməsini istəməyən bir suriyalı qaçqın deyir ki, o, Berlinə gəldiyi ilk 5 ayda barmen kimi çalışıb: “Hökumət hər ay 140 avro verir, mənimsə pula ehtiyacım var”.

Aprel ayında Almaniya kansleri Angela Merkel elan edib ki, işəgötürənlərə işçi götürərkən öncə üstünlüyü Almaniya ya AB ölkə vətəndaşlarına verməklə bağlı tələbi ehtiva edən qanun üç illik dayandırıla bilər.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG