Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 06:28

Almaniya və Türkiyə arasında daha bir “söz davası”


Almaniyanın xarici işlər naziri Frank Walter Steinmeier

Almaniyanın xarici işlər naziri Frank Walter Steinmeier

Almaniya və Türkiyə xarici işlər nazirləri arasında daha bir kəskin söz çəkişməsi olub.

Türkiyədə iyulun 15-də baş tutmamış çevriliş cəhdinin ardınca yer alan təqiblərə görə son aylarda Ankaranın Brüssellə münasibətləri korlanıb.

Avropa liderləri narahatdırlar ki, prezident Recep Tayyip Erdoğan çevriliş cəhdindən öz siyasi opponentlərinə divan tutmaq üçün sui-istifadə edir.

Ankara isə əksinə Avropaya Türkiyəyə “demokratiyanın müdafiəsi” işində dəstək verməməsinə görə qəzəblidir.

Ankarada keçirilən mətbuat konfransında Almaniyanın xarici işlər naziri Türkiyədə davam edən kütləvi həbsləri və müstəqil media qurumları ilə rəftarı kəskin tənqid edib.

Trükiyənin xarici işlər naziri Mevlüt Çavuşoğlu (solda) və prezident Recep Tayyib Erdoğan

Trükiyənin xarici işlər naziri Mevlüt Çavuşoğlu (solda) və prezident Recep Tayyib Erdoğan

Bununla belə Frank-Walter Steinmeier deyib ki, o Avropa İttifaqı ilə Trükiyə arasında üzvlüyə dair danışıqların dayandırılması əleyhinədir və terrorla mübarizədə özünün NATO üzrə müttəfiqini dəstəkləməkdə davam edir.

Buna baxmayaraq elə həmin mətbuat konfransında Türkiyənin xarici işlər naziri Mevlüt Çavuşoğlu deyib ki, Ankara Avropa İttifaqına üzvlük məsələsində “Brüsselin saymazyana münasibətindən boğaza yığılıb”.

Hazırda Avropa İttifaqının bir sıra üzvləri insan haqlarının kobud şəkildə pozulması ilə bağlı Ankara ilə üzvlük danışıqlarının dayandırılmasını tələb edir.

Danışıqların başlanğıcından keçən 11 ildən sonra Türkiyənin Avropa İttifaqına üzvlük perspektivləri daha da uzaq görünür.

Çavuşoğlu insan haqlarının vəziyyəti ilə bağlı Türkiyənin ünvanına səsləndirilən tənqidləri qəbul etmədiyini deyib.

Frank-Walter Steinmeier deyib ki, Türkiyədə kütləvi həbslər və mediaya hücumların bu gün də dayandırılmaması ciddi narahatlıq doğurur.

Mevlüt Çavuşoğlu isə deyib ki, Avropa İttifaqı Türkiyəyə ikiüzlü və ikili standartlı münasibətini davam etdirir.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG