Keçid linkləri

2016, 30 Sentyabr, Cümə, Bakı vaxtı 07:11

Almaniyada, Nürnberq şəhərinin yaxınlığındakı Ansbax şəhərində barda baş vermis partlayış nəticəsində bir nəfər ölüb, 11 nəfər yaralanıb

Bəzi başqa məlumatlara görə bomba partlayışı bar-restoranın qapısında baş verib.

Bundan əvvəl partlayışın qaz sızmasından törədiyi xəbər verilsə də, son xəbərlərə görə Eugene's Wine Bar meyxanəsində bomba partladıldığı bildirilir.

Bavariyanın daxili işlər naziri Joachim Herrmann hadisə yerinə yollanıb.

Ansbax şəhərinin mərkəzində çox sayda polis və təcili yardım ambulansları yığılıb.

Son məlumatlara görə, bomba partlayışında onu törədənin özü həlak olub.

Bu da xəbər verilir ki, partlayış törədilərkən şəhərdə musiqi festivalı keçirilirdi.

Bu festivalda iştirak edən 2500 nəfərin evakuasiya edildiyi xəbər verilir.

Suriyalı qaçqın hamilə qadını öldürüb

Bundan əvvəl verilən xəbərlərdə deyilirdi ki, Almaniyanın cənub-qərbindəki Reutlingen şəhərində suriyalı qaçqın maçete ilə bir hamilə qadını öldürüb və daha iki nəfəri yaralayıb.

Rəsmilər bildiriblər ki, hadisəni törədən şəxs, bir vətəndaş onu öz maşını ilə vurduqdan sonra həbs olunub.

Almaniyanın Bild qəzetinin məlumatına görə hamilə qadın türk qəlyanaltısının yaxınlığında qətlə yetirilib.

Yaxınlıqdan keçən maşınlardan biri hadisə yerindən qaçan adamı gördükdə maşını onun üstünə sürüb və beləliklə polis hücum edəni yaxalayıb.

Polisin məlumatında deyilir ki, 21 yaşlı suriyalı qaçqın bundan əvvəl törətdiyi zorakılıqlarla əlaqədar hüquq-mühafizə orqanlarına tanışdır.

Bəzi şahidlərin dediyinə görə öldürülən qadın suriyalı ilə mübahisə edirmiş.

Polis hücum edənin tək olduğunu bildirir.

Polis suriyalını tanıyırdı

Almaniyanın Baden-Vürtemberq torpağının daxili işlər naziri Thomas Strobl deyib ki, polis qüvvələri hadisəyə çevik reaksiya göstəriblər və buna görə də qurbanların sayı çox olmayıb.

Yerli polis hələlik hadisəni “terror hücumu” kimi dəyərləndirməyib.

Bu artıq son iki gün ərzində Almaniyada törədilmiş ikinci zorakılıq hasdisəsidir.

Ötən həftə Bavariya qatarında bir əfqan yeniyetmə adamlara bıçaqla hücum etmişdi.

O “İslam Dövləti” adlandırılan təşkilata sədaqət andı içdiyini bildirmişdi.

Bununla belə, ötən cümə günü Münhendə törədilmiş gülləbaranın siyasi-ideoloji motivi olmadığı bildirilib.

XS
SM
MD
LG