Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 13:56

Berlin Moskvanın Almaniya seçkisinə mümkün müdaxiləsindən narahatdır


Almaniyanın xarici kəşfiyyat xidməti xəbərdarlıq edib ki, Rusiya ölkədə gələn il keçiriləcək seçkiyə haker hücumu planlaşdıra bilər.

Almaniya kəşfiyyatının rəhbəri Bruno Kahl izah edib ki, Rusiyanın bu istəyi Avropanın ən böyük iqtisadiyyatında “qeyri-müəyyənlik yaratmaq” niyyətindən qaynaqlana bilər.

Cənab Kahl “Sueddeutsche Zeitung “ qəzetinə müsahibəsində deyib ki, Rusiyanın hədəfində Avropa, xüsusilə də Almaniyadır.

Almaniyada federal seçkilər 2017-ci ilin payızında keçiriləcək, lakin kansler Angela Merkel indidən bəyan edib ki, dördüncü müddətə namizədliyini irəli sürmək fikrindədir.

Xanım Merkel jurnalistlərə deyib ki, haker hücumları artrıq adi bir şeyə çevrilib və adamlar bunu özlərinə dərd etməməlidirlər.

Onun çıxışından bir gün əvvəl kiberhücum Deutsche Telekomşirkətinin 900 min müştərisini internetsiz qoymuşdu.

Almaniya hökumnəti baş vermis hadisə ilə əlaqədar hələlik konkret ittihamla çıxış etməyib və bildirib ki, hazırda “kriminal fəaliyyətlə hökumət tərəfindən sponsorlaşdırılan fəaliyyət arasında fərqi aşkar etmək çətindir”.

Xanım Merkelsə bildirib ki, “Rusiyanın doktrinasında hibrid münaqişəsi adlandırılan belə hücumlar artıq gündəlik həyatın bir hissəsinə çevrilib və buna sadə baxmağı öyrənmək lazımdır”.

Yenə də "şən ayılar"

Kanslerin təmkininə baxmayaraq hökumət rəsmiləri bildiriblər ki, əgər ruterlər çökməsi idi, haker hücumunun nəticələri daha ağır ola bilərdi. Hökumət bildirib ki, xoşbəxtlikdən hakerlər ruterləri “yoluxdura” bilməyiblər.

Bu ilin əvvəllərində Almaniyanın daxili kəşfiyyat orqanları Moskvanı parlament də daxil, ölkənin bir sıra hökumət və dövlət qurumlarının kompüter sisteminə müdaxilədə ittiham edib.

Almaniya həmin hücumları törətmiş “Fancy Bear” (Şən ayılar) haker qrupunun Rusiya hökumətinə bağlı olduğunu iddia edir.

Sözü gedən qrup habelə xanım Merkelin Xristian Demokrat İttifaqı partiyasının kompüterlərinə də müdaxilə etməkdə ittiham olunur.

Haker hücumları artıq Rusiya və Qərb arasında əsas ixtilaf məsələsinə çevrilib.

Ötən oktyabrda ABŞ Rusiyanı onun siyasi təşkilatlarına haker hücumu ilə prezsident seçkisinə müdaxilə cəhdində ittiham edib.

Kreml bu kimi ittihamları bir qayda olaraq rədd edir.

Lakin cənab Kahl deyib ki, bu hadisələri konkret olaraq hər hansı dövlətlə bağlamaq çətindir, lakin bəzi əlamətlər sözü gedən dövlətlərin belə fəaliyyətə ən azı imkan yaratdıqlarınıdeməyə əsas verir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG