Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 15:18

Münhendə qaçqın düşərgəsi 4 metrlik divarla əhatə olunacaq


Foto: arxiv

Foto: arxiv

Almaniyanın Münhen rəhbərliyi bəyan edib ki, Noyperlax rayonunda qaçqın düşərgəsi ətrafında səs izolyasiyası üçün 4 metrlik divar hörəcək. Bu barədə Die Welt qəzeti xəbər verib.

Bu barədə qərar yerli sakinlərin səs izolyasiyası ilə bağlı tələbindən sonra verilib. Düşərgənin divarları həm də yaxınlıqdakı evləri, yaşıllığı və yolu da ayıracaq.

Yerli siyasətçi Qido Buxolc hesab edir ki, bu qərar qonaqpərvərlik mədəniyyəti ilə ziddiyyət yaradır.

Noyperlaxdakı düşərgə 160 adama hesablanıb, orda böyüklərindən ayrı düşən azyaşlı qaçqınların yerləşdirilməsi nəzərdə tutulub.

Almaniya ölkəsinin sərhədlərini miqrantların üzünə açsa da, bu uzun çəkməyib, çünki ölkə terror təhlükəsi ilə üzləşib.

Günün bütün mövzuları

XS
SM
MD
LG